Xəbəri Kokpitdə Oxuyun!

Lamborghini xüsusi Revuelto-nu təqdim edib

Şirkət xüsusi olaraq Lamborghini Arena festivalı üçün Ad Personam proqramı çərçivəsində hazırlanmış unikal Lamborghini Revuelto-nu təqdim edib.

Kokpit.az xəbər verir ki, təqdimat keçən həftəsonu İmoladakı Enzo və Dino Ferrari Autodromo-da baş tutub.

Avtomobilin kuzovu karbon elementlərinin xüsusi yaşıl rəng çaları olan Verde Skandalı və səpələnmiş boz Grigio Hati ilə birləşdirildiyi unikal dizayn aldı. Bundan əlavə, əyləc kaliperləri parlaq Verde Chiaro rənginə boyanıb, interyer isə kifayət qədər sərt tünd rənglərlə bəzədilib.

Brendin ilk plug-in hibridi olan Lamborghini Revuelto idman avtomobili ötən ilin martında təqdim edilib. Avtomobil 6,5 litrlik V12 daxiliyanma mühərrikinə malikdir, o, 190 at qüvvəli elektrik mühərriki ilə birlikdə ümumilikdə 1015 at gücü hasil edir. Bu avtomobil 100 km/saata 2,5 saniyəyə sürətlənir və maksimal sürəti 350 km/saatı ötür. Yeni Revuleto-nun qiyməti ən azı 600 min dollardır.

Elçin Zodorov

Şərh əlavə et