Xəbəri Kokpitdə Oxuyun!

Unikal Maserati tennis turnirində tanıdılıb

Maserati şirkəti Monakoda keçirilən “Masters” tennis turniri ərəfəsində müştərinin fərdi sifarişi ilə yaradılmış unikal avtomobili – MC20 Cielo Opera d’arte-ni təqdim edib.

Kokpit.az markanın yayımladığı press-relizə istinadən məlumat verir ki, maşın turnirin baş tutacağı 7-14 aprel tarixlərində VIP Village-də nümayiş etdiriləcək. Maserati MC20 Cielo Opera d’arte Maserati Furieserie və Centro Stile arasında əməkdaşlığın nəticəsidir, sürət və abstrakt sənəti özündə birləşdirir. “Bu avtomobil bədii müstəqilliyin, ilhamın, intuisiyanın, təxəyyülün və xəyala forma vermək qabiliyyətinin əsl bəyanıdır. Bu, şirkətin Modenadan olan unikal sənətkarlığının manifestidir”, – Maserati deyir.

Maserati MC20 2020-ci ildə debüt edib, idman avtomobilinin üstüaçıq versiyası olan MC20 Cielo isə 2022-ci ildə peyda odub. Avtomobilin kapotunun altında 630 at gücü hasil edən üç litrlik tvin-turbo V6 mühərriki var. Maserati MC20 Cielo 100 km/saata üç saniyəyə sürətlənir və avtomobilin maksimal sürəti 325 km/saatı ötür.

Həmçinin yaxınlıqda (Kommersiya Kəndində) bir aydan bir qədər çox əvvəl təqdim edilmiş Maserati GranCabrio Trofeo nümayiş etdirilir. Yeni məhsul eyni Nettuno mühərrikinə malikdir, lakin o, cəmi 542 at gücü hasil edir. Qeyd edək ki, Maserati bu yaxınlarda MCXtrema-nın – MC20-nin son dərəcə aqressiv olan tras versiyasının ilk sınaqları haqqında məlumat vermişdi.

Elçin Zodorov

Şərh əlavə et