Mansory qızıl Rolls-Royce Cullinan hazırlayıb

Mansory qızıl Rolls-Royce Cullinan hazırlayıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Alman tüninq studiyası Mansory özünün yeni layihəsini - qızılla bəzədilmiş Rolls-Royce Cullinan-ı təqdim edib.

Kokpit.az bildirir ki, yeganə nüsxədə buraxılan bu sənət əsəri Dubaydakı Mansory salonu üçün nəzərdə tutulub və 2010-cu ildə analoji şəkildə yaradılan Bugatti Veyron-un şərəfinə Linea d’Oro adlandırılıb.

Mansory Linea d’Oro korpusunda Bugatti-də olduğu kimi, təmiz qızıl əlavələrdən istifadə edilib. Bundan əlavə, təkərlər, radiator barmaqlığı və qapı tutacaqları, eləcə də çoxsaylı interyer elementləri qızıl ilə bəzədilib.

Rolls-Royce Cullinan yenidən işlənmiş və aerodinamik cəhətdən daha səmərəli kuzov, karbon kapot, yan ətəklər və arxa qapıda spoyler əldə edib. Bundan əlavə, mühərrikin gücü standart 570 at gücündən 610-a qədər artırılıb. Avtomobilin maksimal sürəti 280 km/saatdır.

Qızılla işlənmiş kuzovlar getdikcə dəb halını alır. Bu yaxında Touring Superleggera studiyası qızılla bəzədilmiş Ferrari-ni nümayiş etdirib. Keçən ilin sonlarında isə Koeniggsegg firması qızıl əlavəli Jesko Odin hazırlayıb.

Bunları da oxuyun

Şərh əlavə et