Xəbəri Kokpitdə Oxuyun!

Zek Braun müqaviləsini uzadıb

McLaren Racing-in baş icraçı direktoru Zek Braun McLaren Group ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb.

Kokpit.az xəbər verir ki, Zek McLaren-in inkişaf strategiyasının formalaşmasında əsas rol oynayıb, bütün McLaren komandalarında güclü performansı və əhəmiyyətli marketinq və kommersiya irəliləyişini təmin edib.

Pol Uolş, McLaren Group-un rəhbəri: “Zek müstəsna liderlik bacarıqları nümayiş etdirib və McLaren komandasının inkişafında mühüm rol oynayıb. Bu müqavilənin uzadılması onun gələcək illərdə komandanı daha böyük uğurlara aparacağına olan inamımızı əks etdirir”.

Zek Braun: “McLaren-ə rəhbərliyə davam etməkdən və bu tarixi komandanın bir hissəsi olmaqdan məmnunam. McLaren-in müxtəlif yarış seriyalarında istedadlı kişi və qadınlarla birlikdə işləmək şərəfdir. Birlikdə biz avtoidmanın sərhədlərini aşmağa davam edəcəyik, trasda və trasdan kənarda ən yüksək performansa nail olmağa çalışacağıq”.

Elçin Zodorov

Şərh əlavə et