Kokpit.az xatırladır ki, Kristian Horner komanda daxilində bir qadına qarşı xoşagəlməz hərəkətlər etmiş və buna görə də şirkat daxilində araşdırılma başladılmışdı və Horner bundan üzüağ çıxmışdı. Ancaq daha sonra FİA və FOM-a Hornerin mesajları olan dosye göndərilmişdi.
Şənbə günü keçirilən Səudiyyə Ərəbistanı yarışında Red Bull komandası qızıl dubl etsə də, komandada sakitlik var idi. Red Bull şirkətinin qurumsal layihələt və sərmayələr üzrə rəhbəri Oliver Mintslaff şirkətdəki işçilərə bildirmişdi ki, daxili məsələləri ictimaiyyətə əks etdirməsinlər və demək olar ki, uğurlu olmuşdu. O, yarışdan əvvəl jurnalistlərə “Hamının qarşısında bu barədə danışmaq istəmirik” demişdi.
Frants Vaçlavik hansı rolu oynayır?
Mintslafın bu istəyi yerinə yetirilmiş və yarışdan sonra həm Marko, həm Yos Ferstappen, gəm də Horner suallara siyasi cavablar vermişdilər.
Mintslaff Səudiyyə Ərəbistanında tək deyildi. Onun yanında Red Bull Qrupunun enerji içkilərlə bağlı məsul şəxsi Frants Vaçkavik var idi. Vaçlavikin Formula 1 ilə bağlılığı olmadığı üçün onun orada olması təəccüblü hərəkət idi.
Ancaq Britaniya mətbuatı öyrənib ki, Vaçlavik Red Bull Qrupu üçün ən yaxşı həll yolunu tapmaq üçün önəmli rol oynaya bilər. Xüsusən də taylandlı investorların yanında Hornerin etibarını sarsmaq üçün…
Kristian Horner isə Səudiyyə Ərəbistanında fərqli düşüncədə görünürdü: “Oliver bizə çox dəstək oldu. Eyni zamanda digər rəhbər Frants Vaçlavik də… Bilirsiniz ki, Red Bull-da üç rəhbər var və burada onlardan ikisi bizə çox dəstək oldu. Onların gəldiyini və komandanı dəstəklədiyini görmək gözəldir”.
Bazar günü Dubayda toplantı olub.
Bazar günü Dubayda Vaçlavik, Mintslaf və Çalerm Yovidya arasında Horner işi ilə bağlı toplantı olması gözlənilirdi. Hazırda bu barədə məlumat yoxdur.
Lakin toplantının əsas məsədinin nə olacağı məlumdur. Belə görünür ki, Hornerin işinə davam etməsi enerji içkilərinin satışlarının azalmasına görə rəhbərliyi qorxudur. Xüsusən də Şimali Amerikada cinsi qısnamaya görə insanlar çox həssasdırlar. Əgər bu söhbət çox yayılsa, böyük market şəbəkələri Red Bull məhsullarını satış siyahısından çıxara bilər.
Şimali Amerika bazarı Red Bull üçün çox vacibdir və buna görə də bu hal onlar üçün facio olar. Vaçlavikin bu barədə Yovidya ilə danışıqlar aparacağə gözlənilir. Bu səhmdar indiyə kimi Hornerin arxasında dururdu. Lakin komanda daxilindən verilən məlumata görə söhbətə pul daxil olandan sonra Hornerə qarşı baxış bucağı da dəyişib.
İşçi ictimaiyyətə açıqlama verəcək
Britaniya mətbuatının aldığı məlumata görə uzun illər Kristian Hornerin şəxsi köməkçisi olan və onu cinsi qısnama ilə günahlandıran qadın işçi ictimaiyyətə açıqlama verməyə hazırlaşır. Belə görünür ki, həmin qadın öz fikirlərini bildirmək və Horneri susdurmaq üçün bunu edəcək. Əgər qadın bunu etsə, Hornerin işi lap çətin olacaq.
Sky Almaniyanın şərhçisi Ralf Şumaxer düşünür ki, Horner Dubaydakı toplantıdan sonra lap pis vəziyyətdə qalacaq və istefa verəcək: “Bəli, məncə, Kristian Horner istefa verməlidir və elə də olacaq. Artıq vəzifəsində qalacağına inanmıram”
Sabiq Formula 1 sürücüsü düşünür ki, Yovidya Ford və ya Honda kimi ortaqların yanında başıaşağı olmamaq üçün və Walmart kimi böyük marketlr şəbəkəsini itirməmək üçün Hornerlə arasına məsafə qoyacaq.
McDonalds şirkətinin Horner işi ilə nə əlaqəsi var?
Ralf Şumaxer: “Bilrik ki, Amerika bu cür mövzularda çox həssasdır. Sual belə verməzlər. Bir adamın şirkətdəki digər adamla xoşagəlməz münasibəti varsa, onu o dəqiqə işdən çıxararlar. McDonalds-ın qlobal rəhbəri buna əsl nümunədir”.
McDonalds-ı ovaxtkı rəhbəri Stiv İsterbruk razılıqla olan bir münasibətdə qadına cinsi mövzularda mesajlar göndərmiş və buna görə də 2019-cu ildə işdən çıxarılmışdı. McDonalds düşünmədən İsterbruku işdən çıxarmışdı və daha sonra məlum olmuşdu ki, Stiv digər işçilərlə də cinsi əlaqədər olub. Bu hadisədən sonra İsterbruk restoranlar şəbəkəsinə 105 milyon dolları geri ödəməli olmuşdu.
Bu iki hadisə arasında birbaşa oxşarlıq yoxdur, ancaq ABŞ-ın eblə hallarda necə həssas olduğunu və şirkətə necə ziyan verəcəyini bizə göstərir. Belə görünür ki, Horner də işini itirə bilər.