Kokpit.az xatırladır ki, Maks Ferstappen ikinci sərbəst yürüşlər istisna olmaqla, həftəsonu boyu hegemonluq edib. Karlos Saynsın əməliyyat olunması onun əvəzində Oliver Birmanın F1-də debüt etməsi ilə nəticələnib.
Pirelli bura orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Birman və Bottas Soft, qalanları isə Medium təkərlərlə yarışa başlayıb.
Startda Ferstappen yerini qoruyub, Peres Leklerə hücumlar edib. Qasli ötürmələr qutusundakı problemlərə görə gerilərə düşüb və yarışı yarımçıq saxlamalı olub. Peres 4-cü dövrədə lekleri üstələyib. 3 dövrə sonra isə Strollun qəzası Təhlükəsizlik Maşınına (TM) səbəb olub. Kanadalı sürücü üçün də yarış erkən başa çatıb. Bir çox sürücü pit-stop edib, trasda qalmağı seçən Norris lider olub.
Ferstappen 13-cü dövrədə Norrisi qabaqlayaraq liderliyini geri qaytarıb. Peres də pit-stop etməmiş Həmiltonu keçib. Rassell Hülkenberqi, Birman Çjounu, Lekler isə Həmiltonu üstələyib. Maqnussen və Tsunodanın mübarizəsində danimarkalı sürücü trasdan çıxaraq yaponiyalı həmkarını qabaqlayıb, lakin sonra əldə etdiyi üstülnüyü qaytarmadığı üçün 10 saniyəlik cəza ilə qarşılaşıb.
Peres pit-stop zamanı təhlükəsizlik pozulduğu üçün 5 saniyəlik cəza alıb. Maqnussen isə Elbonla təmasa görə 10 saniyə cəza alıb. Peres Norrisi, Birman Hülkenberqi keçib. Norris Leklerdən də geri qalıb. 30-cu dövrədə ilk onluq: Ferstappen – Peres – Lekler – Norris – Həmilton – Piastri – Alonso – Rassell – Berman – Hülkenberq.
Maqnussenin arxasında qatar formalaşıb, lakin danimarkalı sürücü inamla müdafiə olunub. Piastri Həmiltonu keçsə də, trasdan çıxıb və yerini qaytarmalı olub. Həmilton və Norris təkərlərini dəyişib. Yeddiqat dünya çempionunun hücumlarına müqavimət göstərən Norris bir neçə dəfə istiqamətini dəyişib və buna görə xəbərdaqlıq alıb.
Maks Ferstappen mövsümdə ikinci, ardıcıl 9-cu, karyerasında isə 56-cı qələbəsini əldə edib. Bu, həm də Maksın 100-cü podiumu olub. Serxio Peres ikinci olaraq Red Bull-a bu yarışda da qələbə dublu gətirib. Şarl Lekler isə podiumun son pilləsinin sahibi olub. Oliver Berman isə debüt yarışında xal qazanmış ən gənc sürücü olub.
Mübarizə 2 həftə sonra Melburnda davam edəcək…
Sıra | Sürücü | Komanda | Vaxt | Pit |
1 | Maks Ferstappen | Red Bull | 1:20:43.273 | 1 |
2 | Serxio Peres* | Red Bull | +13.643 | 1 |
3 | Şarl Lekler | Ferrari | +18.639 | 1 |
4 | Oskar Piastri | McLaren | +32.007 | 1 |
5 | Fernando Alonso | Aston Martin | +35.759 | 1 |
6 | Corc Rassell | Mercedes | +39.936 | 1 |
7 | Oliver Berman | Ferrari | +42.679 | 1 |
8 | Lando Norris | McLaren | +45.708 | 1 |
9 | Lyuis Həmilton | Mercedes | +47.391 | 1 |
10 | Niko Hülkenberq | Haas | +76.996 | 1 |
11 | Aleksander Elbon | Williams | +88.354 | 1 |
12 | Kevin Maqnussen** | Haas | +105.737 | 1 |
13 | Esteban Okon | Alpine | +1 dövrə | 1 |
14 | Yuki Tsunoda | RB | +1 dövrə | 1 |
15 | Loqan Sarcent | Williams | +1 dövrə | 1 |
16 | Daniel Rikkardo | RB | +1 dövrə | 1 |
17 | Valtteri Bottas | Sauber | +1 dövrə | 2 |
18 | Quanyu Çjou | Sauber | +1 dövrə | 1 |
* – Pit yolunda təhlükəli çıxışa görə Serxio Peresin nəticəsinə 5 saniyə əlavə edilib.
**- Aleksander Elbonla insidentin və trasdan çıxaraq əldə etdiyi üstünlüyü geri qaytarmamasının hər birinə görə Kevin Maqnussenin nəticəsində 10 saniyə əlavə edilib.
Sürətli dövrə: Şarl Lekler (Ferrari) – 1.31.632 (50-ci dövrə, 242.561 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR
Pilot | Komanda | Dövrə | Səbəb |
Ləns Stroll | Aston Martin | 6 | qəza |
Pyer Qasli | Alpine | 1 | ötürmələr qutusu |
SÜRÜCÜLƏR ÇEMPİONATI
Sıra | Pilot | Komanda | Xal |
1 | Maks Ferstappen | Oracle Red Bull Racing | 51 |
2 | Serxio Peres | Oracle Red Bull Racing | 36 |
3 | Şarl Lekler | Scuderia Ferrari | 28 |
4 | Corc Rassell | Mercedes-AMG PETRONAS F1 Team | 18 |
5 | Oskar Piastri | McLaren F1 Team | 16 |
6 | Karlos Sayns | Scuderia Ferrari | 15 |
7 | Fernando Alonso | Aston Martin Aramco F1 Team | 12 |
8 | Lando Norris | McLaren F1 Team | 12 |
9 | Lyuis Həmilton | Mercedes-AMG PETRONAS F1 Team | 8 |
10 | Oliver Berman | Scuderia Ferrari | 6 |
11 | Niko Hülkenberq | MoneyGram Haas F1 Team | 1 |
12 | Ləns Stroll | Aston Martin Aramco F1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU
Sıra | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Honda RBPT | 87 |
2 | Scuderia Ferrari | Ferrari | 49 |
3 | McLaren F1 Team | Mercedes | 28 |
4 | Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 26 |
5 | Aston Martin Aramco F1 Team | Mercedes | 13 |
6 | MoneyGram Haas F1 Team | Ferrari | 1 |
Şərh əlavə et