Xəbəri Kokpitdə Oxuyun!

Oliver Birman 38 nömrə ilə yarışacaq

Bu həftəsonu Ferrari ilə Formula 1-də debüt etməyə hazırlaşan Oliver Birman 38 nömrə ilə yarışacaq.

Kokpit.az xatırladır ki, Karlos Sayns apendisit əməliyyatı üçün xəstəxanaya yerləşdirilib və buna görə də bu həftəsonu Ciddədə yarışa bilməyəcək. İspaniyalı sürücünü isə Ferrari komandasının ehtiyat pilotu Oliver Birman əvəz edəcək.

Oliver Birman beləliklə Eddi İrvayndan sonra Ferrari ilə yarışacaq ilk britaniyalı pilot olacaq və o, 38 nömrə ilə mübarizə aparacaq.

Bu nömrə ilə yarış qazanmış son sürücü Mayk Houtorn olub. Houtorn da britaniyalı idi və bu qələbəni 1954-cü ildə İspaniyada Ferrari ilə qazanmışdı. Uzun illər idi ki, bu nömrəni heç bir sürücü istifadə etmirdi.

Bu həftəsonu Karlos Saynsı Antonio Covinatsi ya da Robert Şvartman əvəz edə bilərdilər. Amma onlar Səudiyyə Ərəbistanında olmadıqları üçün fürsəti qaçırıblar.

Rauf Hacıyev

Şərh əlavə et