Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Ciddədəki cümə sərbəst yürüşlərini birinci yerdə bitirib. Lakin Aston Martin Bəhreyndə yarış tempində çox zəif görünürdü.
Fernando Alonso: “Yaxşı gün oldu. Sessiyadan asılı olmayaraq birinci yeri tutmaq gözəldir, amma bu sərbəst yürüşlərdir. Buna görə də eyforiyaya qapılmamalı və özümüzə fokuslanmalıyıq.
Rəqiblərimizin hansı mühərrik rejimlərində olduqlarını və nə qədər yanacaq götürdüklərini bilmirik. Buna görə də dövrəvi nəticələr çox vacib deyil. Lakin buna baxmayaraq gözəl gün idi. Boliddə hər hansı problem yox idi və komanda proqramı qüsursuz şəkildə tamamladı. İndi isə maşından maksimum performans almaq üçün AMR24-ün üstündə işləməyə davam edirik.
Boliddə özümü yaxşı hiss etdim. Gün ərzində problem yaşamadıq. Yenə də özümüzə fokuslanmağa davam etməliyik”.
Komandanın digər sürücüsü Ləns Stroll isə Səudiyyə Ərəbistanında ilk günü 6-cı yerdə bağlayıb.
Ləns Stroll: “Yaxşı gün keçirdik və hər sessiyada fərqli təkər tərkibləri ilə çox sürətli idik. Ancaq hələ sərbəst yürüşlərdəyik və rəqiblərimizin hansı proqramda işlədiyini bilmirik. Komanda toplanan məlumatları təhlil edəcək və daha sonra sıralanma turunda yaxşı performans göstərməyə çalışacağıq”.
Qeyd edək ki, Aston Martin komandası mövsümün ilk yarışı Bəhreyndə 9 və 10-cu yerləri tutaraq, ən sürətli beşinci komanda təəssüratı yaratmışdı.
Şərh əlavə et