Rəsmi: Həmilton Mercedesi tərk edir

Rəsmi: Həmilton Mercedesi tərk edir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Gün ərzində danışılanlar nəhayət, öz təsdiqini tapıb və Mercedes-dən rəsmi açıqlama gəlib.

Kokpit.az xəbər verir ki, komanda yeddiqat dünya çempionu ilə bu ilin sonunda əməkdaşlığın başa çatacağını açıqlayıb. Britaniyalı sürücü keçən avqustda imzaladığı müqavilədə qarşıdakı mövsümdən sonra komandanı tərk etməyə imkan verən opsiyadan istifadə edib.

Toto Volff: “Sürücü-komanda tandemi baxımından qiymətləndirsək, Lyuislə münasibətimiz avtoidmanda ən uğurlu olub və bununla fəxr edə bilərik. Lyuis həmişə Mercedes-in idman tarixinin mühüm bir hissəsi olacaq, lakin biz bilirdik ki, nə vaxtsa bu tərəfdaşlıq təbii olaraq sonlanacaq və o gün gəlib çatdı.

Biz Lyuisin yeni bir macəra axtarmaq qərarını qəbul edirik və gələcək üçün əlimizdəki fürsətlər həyəcan vericidir. Ancaq qarşıda bizi daha bir mövsüm gözləyir və biz 2024-cü ildə əlimizdən gələni etməyə cəmləşmişik”.

Lyuis Həmilton: “Mersedes-də heyrətamiz 11 il keçirmişəm və birlikdə əldə etdiklərimizlə fəxr edirəm. Mən Mercedes-də böyümüşəm, ona görə də ayrılmaq qərarı həyatımın ən çətin qərarlarından biri idi. Ancaq bu addımı atmağın vaxtı gəldi və mən yeni mübarizəyə qoşulacağımdan məmnunam.

Mən Mercedes-ə, Totoya dostluğuna və liderliyinə görə, inanılmaz dəstəyə görə həmişə minnətdar olacağam və bu böyük dövrü yüksək səviyyədə bitirmək istəyirəm. Mən 100% diqqətimi bu mövsüm ən yaxşı nəticələri göstərməyə və “Gümüş Oxlar” ilə son ilimi yaddaqalan etməyə cəmləmişəm”.

Həmiltonun gələcək planları rəsmən təsdiqlənməyib, lakin 2025-ci ildə onun Ferrari-yə keçəcəyi və burada Şarl Leklerin tərəfdaşı olacağı gözlənilir.

Deyilənlərə görə, onun Ferrari-yə keçidi bu həftənin sonuna qədər elan edilməlidir…

Bunları da oxuyun

Şərh əlavə et