Xəbəri Kokpitdə Oxuyun!

Sensasiya: Həmilton Ferrari-yə keçir?

Ferrari Şarl Leklerlə çoxillik yeni müqavilə bağlasa da, bu ilin sonunca komanda ilə razılaşması başa çatacaq Karlos Sayns barədə tələsmir. İndi də Lyuis Həmiltonun 2025-ci ildə “qırmızılar”a keçəcəyi barədə dedi-qodular yayılıb.

Kokpit.az bildirir ki, İtaliyanın Formu1a.unо nəşri öz mənbələrinə istinadən Ferrari Lyuis Həmiltonla danışıqlar apardığı üçün Sainz ilə müqaviləni yeniləməyə tələsmədiyini yazır. Tərəflər razılığa gələ bilsələr, yeddiqat dünya çempionu 2025-ci ildə monakolu sürücünün komanda yoldaşı olacaq.

Ötən il Lyuis Mercedes-lə müqaviləsini 1+1 formulunda uzadıb və bu, britaniyalı çempiona 2025-ci ildə komanda dəyişmək imkanı verir. Scuderia ilə sürücü arasında danışıqlar Ferrari prezidenti Con Elkann və Lyuislə dostluq münasibətləri olan komanda rəhbəri Frederik Vassyörun iştirakı ilə aparılır.

Həmilton və Ferrari arasındakı danışıqların dolayı təsdiqi həftənin sonuna qədər sensasiyalı bir bəyanat eşidəcəyimizə söz verən jurnalist Vill Bakstonun sözləri hesab edilə bilər…

Elçin Zodorov

Şərh əlavə et