Xəbəri Kokpitdə Oxuyun!

Y.Tsunoda: Tosta hədiyyə verməyə çalışacağıq

AlphaTauri komandasının sürücüsü Yuki Tsunoda sıralanma turunda 6-cı olduğu üçün sevinir.

Kokpit.az xatırladır ki, yaponiyalı sürücü Əbu Dabidə sıralanma turunda 7-ci olsa da, Peresin cəzasından sonra 6-cılığa yüksəlib.

Yuki Tsunoda: “Qətiliklə deyim ki, bu qədər yüksək yer tutacağımı gözləmirdim. Cümə günü çox çətin olmuşdu. Lakin şənbə günü əla keçdi, xüsusən də sıralanma turu əyləncəli idi. Komanda çox yaxşı işlədi.

Gətirdiyimiz yenilikıər kağız üzərində yaxşı görünürdü. Bu da bizə inkişafa fürsət yaratdı. Lakin balans əvvəlki yarışlardan fərqləndiyi üçün bizə mənfi təsir etdi. Əvvəlcə nələr olduğunu anlamaqda çətinlik çəkdik.

Məlumatları təhlil etdik və dəyişikliklər apardıq. Hər sessiyada addım-addım inkişaf etdik və buna görə də sıralanma turunda daha özgüvənli olduq. Xüsusən də cümə günündən sonra hər şey fərqli idi. Hər şey daha da yaxşılaşdı. Komanda bunun üçün əla işlədi.

Peleton çox yaxındır. Şənbə günü mənim üçün ən yaxşı gün idi. Amma yarışda daha güclü olacağıq.”

Yuki Tsunoda yarışda yaxşı xallar yığsa, AlphaTauri turnir cədvəlində Williams-ı keçə bilər.

Yuki Tsunoda: “Əlimizdən gələnin ən yaxşısınş edəcəyik. Arxada sürətli maşınlar olsa da, burada təkər yeyilməsi çoxdur. Buna görə də yarışda sürpriz yaşana bilər.

Buna görə də hər şeyi bir araya gətirəcəyik və bacardığımız hər şeyi edəcəyik. Hər şeydən vacib isə tə iz yarış çıxarmaqdır.

Əgər yarışı yeddinci yerdə bitirsək, bu Frants Tost üçün əla hədiyyə olacaq. Buna görə yarışa fokuslanacağıq. Onluqda bitirmək mümkündür. Əlimdən gələni edəcəm”.

Rauf Hacıyev

Şərh əlavə et