Xəbəri Kokpitdə Oxuyun!

Əbu Dabi-2023: Bizi isti final gözləyir

Yaxın Şərq mərhələlərində hava nadir hallarda sürprizlər gətirir – Yas Marinadakı yarış da istisna olmayacaq.

Cümə və şənbə günləri sürücülər rahat şəraitdə – quru trasda işləyiblər. Bu gün də yağıntı gözlənilmir.

Yarışçılar yerli vaxtla saat 17:00-da isinmə dövrəsinə çıxmalıdırlar. Bu vaxta qədər hava +27 dərəcəyə qədər istiləşəcək. Yağıntı gözlənilmir. Günəş saat 17:33-də batacaq. Yarışın bir hissəsi artıq alışdığımız kimi, süni işıqlar altında baş tutacaq.

Elçin Zodorov

Şərh əlavə et