Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Çox səhv etdik

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, bolidləri sürətli olsa da çox səhv ediblər.

Kokpit.az xatırladır ki, McLaren komandası Əbu Dabidə poul uğrunda mübarizədə Maks Ferstappenə ən böyük rəqib sayılırdı.

Niderlandlı sürücü yenə poul qazansa da, McLaren komandasının pilotları yenə də son sessiyada işləri korlayıblar. Yekunda Oskar Piastri 3-cü, Lando Norris isə 5-ci olublar.

Oskar Piastri: “Çətin sessiya idi. Bu həftəsonu həm sıx, həm də dağınıq idi. Tempimiz olsa da, çox səhv etdik. Son cəhdimdə bir az səhv etdim, amma önə keçmək üçün son döngəni yaxşı almalı idim.

Bolidimiz bu həftəsonu çox sürətlidir. Veqasdan sonra yaxşı geridönüş oldu və üçlüyə düşdüyümüz üçün sevincliyik.

Yarışda nə olacağı ilə bağlı fikrim yoxdur. Bilmirəm! Hamı üçün eyni hekayə olacaq. Deyəsən bu həftəsonu ən yaxşı halda ardıcıl 5 dövrə vurmuşuq. Buna görə də sabahkı yarış maraqlı olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et