Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: Həmiltonu pitə çağırdıq

Ferrari komandasının rəhbəri Frederik Vassyör  Sinqapur yarışında Lyuis Həmiltona verilən pitə daxil olmaq göstərişinin tam aydın olduğunu bildirib və əldən çıxan podium fürsətinə diqqət çəkib.

Ferrari Sinqapur yarışında virtual təhlükəsizlik avtomobili rejimi zamanı yaranan pit-stop qarışıqlığını dəyərləndirib. Hər iki pilotunu pitə çağıraraq podiumdakı mövqelərini qorumağa çalışan İtaliya komandası Həmiltonun pit girişini ötürməsi səbəbindən bu şansı əldən verib.

Yarışdan sonra Sky Sports F1-ə müsahibə verən Frederik Vassyör radio əlaqəsində heç bir qeyri-müəyyənliyin olmadığını vurğulayıb: “Virtual təhlükəsizlik avtomobili rejimində hər iki variantı açıq saxladıq və gözlədiyimiz ssenari baş verdi: hər iki pilotumuzu pitə çağırdıq.

Trasda ikinci və üçüncü yerlərdə idik və yarışı da bu mövqelərdə başa vuracaqdıq. Lakin Lyuis pit girişini qaçırdı. Açığı, podiumu əldən verməsi bir qədər üzücüdür.

Radiodan verilən göstəriş gün kimi aydın idi. Amma artıq Ostin yarışına köklənək. Bu həftəsonu göstərdiyimiz performans yaxşı idi”.

Rauf Hacıyev

Şərh əlavə et