M.Ferstappen: Hər şey yaxşı idi

Rauf Hacıyev 11 Oktyabr 2026, 18:10
M.Ferstappen: Hər şey yaxşı idi
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Dördqat Dünya çempionu Maks Ferstappen karyerasında ilk dəfə Sinqapur Qran-prisini qazanıb. Poul mövqeyindən başladığı Marina Bay yarışını lider tamamlayan Red Bull pilotu qələbədən sonra keçirdiyi hissləri bölüşüb.

Yarışdan sonra danışan niderlandlı sürücü bolidin sürətindən və komandanın performansından razı qaldığını bildirib.

Maks Ferstappen: “Düşünəndə, həqiqətən də yaxşı qələbə qazandığımızı düşünürəm. Sürətimiz, tempimiz və hər şeyimiz lazım olan səviyyədə idi.

Soft  və Medium tərkibli təkərlərlə kifayət qədər yaxşı idik. Düzdür, düşünürəm ki, orta tərkibli təkərlərlə hamı bir qədər çətinlik çəkirdi. Nəticədə məqsədimizə çatdıq və burada qalib gəldiyim üçün çox xoşbəxtəm.

Startda əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Xoşbəxtlikdən, bu, qələbə üçün kifayət etdi”.

Son yarışlardakı performanslarını da dəyərləndirən Ferstappen sözlərini belə tamamlayıb: “Son iki yarış bizim üçün çox yaxşı keçdi.

Bunu görmək çox xoşdur. Komandada uğur qazanmaq üçün əla motivasiya var. Buna görə çox xoşbəxtəm və komanda ilə işləməkdən böyük zövq alıram.

Ümid edirəm ki, mövsümün sonuna qədər bir az da əylənə bilərik”.

Bunları da oxuyun

Şərh əlavə et