Formula 2 təqviminə İstanbul və Mexiko mərhələləri əlavə olunub. Formula 3-də isə bu iki trasla yanaşı, 2026-cı ildə ilk dəfə Formula 2 yarışına ev sahibliyi edən Monrealdakı Jil Vilnöv avtodromu da yer alacaq.
Hər iki gənclər seriyasında mövsüm mart ayında Bəhreyndə, Formula 1 ilə eyni həftəsonunda başlayacaq. Ardınca Səudiyyə Ərəbistanı, Avstraliya və Kanada mərhələləri keçiriləcək. Avropa mərhələsi isə iyunun ilk həftəsonunda Monakoda başlayacaq.
Formula 3-də mövsüm oktyabr ayında İstanbul mərhələsi ilə başa çatacaq. Formula 2-də isə mövsüm dekabra qədər davam edəcək. Oktyabrın son həftəsonunda yeni Mexiko mərhələsi keçiriləcək, ilin son ayında isə seriya Yaxın Şərqə yollanacaq.
Introducing the 2027 F2 calendar! 🗓️✨ 14 rounds await, including first-ever visits to Istanbul and Mexico City 🙌 More info here ℹ️👉 https://t.co/m2jpm3YHnB #F2 #RoadToF1 https://t.co/X0tumImhFq
— Formula 2 (@Formula2) October 5, 2026
Mohammed Ben Sulayem, FIA prezidenti: “2027-ci il Formula 2 təqvimi çempionatın qlobal miqyasda böyüməsi istiqamətində davam edən tendensiyanı əks etdirir. Bu seriya gənc yarış istedadlarının inkişafında çox mühüm rol oynayır. İstanbul və Mexiko mərhələləri Formula 2-ni yeni auditoriyalarla tanış edəcək və yeni nəsil pilotların mübarizə aparacağı trasların sayı artacaq.
Yeni mövsümü səbirsizliklə gözləyirəm. Gələcəyin ulduzlarının ən yüksək səviyyəyə yüksəlmək üçün necə mübarizə apardığını izləmək çox maraqlı olacaq.
Formula 3-də bir çox pilot beynəlxalq səviyyədə özünü ilk dəfə sınayır. 2027-ci il təqvimi isə onların bacarıqlarını inkişaf etdirməsi üçün çoxsaylı və müxtəlif imkanlar yaradır. Gənc pilotlar ilk dəfə Şimali Amerika traslarında yarışacaqlar və bu da seriyanın inkişafında mühüm mərhələ olacaq”.
Qeyd edək ki, Formula 2 üzrə Azərbaycan Qran Prisi 2027-ci ilin 24-26 sentyabr tarixlərində baş tutacaq.
Meet the 2027 F3 calendar! 🗓️👋 Three new stops join the journey: Jeddah, Montreal and Istanbul 🆕👀 More info ℹ️👉 https://t.co/sQKYxBNJaq #F3 #RoadToF1 https://t.co/vvaGtPW36P
— Formula 3 (@Formula3) October 5, 2026



Şərh əlavə et