Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Yaponiya: Markes əsas yarışı da qazanıb

2026-cı il MotoGP Yaponiya Qran Prisinin qalibi Mark Markes olub. 

Motegidə yarışdan əvvəl pilotlar start cərgəsində yerlərini alıblar. Bütün pilotların ön tərəfdə orta, arxa tərəfdə isə sərt tərkibli təkərlərdən istifadə etdiyi görülüb.

Yarışdan əvvəl hava kifayət qədər buludlu olub. Yarış idarəetməsi sessiya zamanı yağış yağma ehtimalının olduğunu bildirib.

Poul mövqeyindən start götürən Xorxe Martin ilk döngədən lider çıxıb. Marko Bezzekki üçüncü pilləyə yüksəlib. Təmsilçimiz Toprak Razqatlıoğlu isə startdan sonra iki mövqe qazanıb.

İkinci dövrədə Enea Bastianini, Raul Fernandes və Ai Ogura Pedro Akostanı geridə qoyublar. Nəticədə Akosta yeddinci pilləyə geriləyib.

Növbəti dövrələr nisbətən sakit keçib. Doqquzuncu dövrədə Dieqo Moreyra 9-cu döngədə qəza keçirərək yarışdan kənarda qalıb. Bu zaman Mark Markes lider Xorxe Martinə getdikcə yaxınlaşıb.

Yarışın ortasına yaxın Mark Markes nəhayət Martini uğurlu hücumla geridə qoyaraq liderliyi ələ keçirib. Bu vaxt Toprak komanda yoldaşı Cek Millerin önündə 19-cu pillədə yer alıb.

Damalı bayraq dalğalandıqda yarışın qalibi Mark Markes olub. Onu Xorxe Martinin başçılıq etdiyi Aprilia pilotları izləyib.

Enea Bastianini dördüncü, Raul Fernandes və Ai Ogura isə müvafiq olaraq beşinci və altıncı pillələrdə qərarlaşıblar.

Rauf Hacıyev

Şərh əlavə et