Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: İkinci yer mümkün idi

Kimi Antonelli Malayziyada keçirilən Bəhreyn Qran Prisinin sıralanma turunda dördüncü yeri tutduqdan sonra Q2-də trass sərhədlərini aşaraq dövrə vaxtının silinməsi barədə danışıb.

Mercedes pilotu Kimi Antonelli Malayziyada keçirilən Bəhreyn Qran Prisinin sıralanma turlarını dördüncü pillədə başa vurub.

Q2-də trass sərhədlərini aşdığı üçün dövrə vaxtının silinməsi və Q3-də yalnız bir dəst təkərlə mübarizə aparmaq məcburiyyətində qalması italiyalı pilotun sıralanma nəticəsinə təsir edib.

Sıralanma turlarından sonra danışan Antonelli səhvə yol verməsəydi, ikinci və ya üçüncü pillənin mümkün ola biləcəyini düşündüyünü deyib.

Kimi Antonelli: “Etdiyim səhv bizim üçün həqiqətən pis oldu. Ümumilikdə baxdıqda, trass sərhədlərini aşmadığım təmiz ssenaridə ikinci və ya üçüncü yer mümkün ola bilərdi.

Amma Q3-də yalnız bir dəst təkəriniz olduqda, xüsusilə trass soyumağa başladığı zaman işlər asan olmur.

Buna baxmayaraq, ümumilikdə xoşbəxt olmalıyıq, çünki vəziyyət daha pis ola bilərdi. Sabahkı yarışa fokuslanacağıq”.

Antonelli poul mövqeyini qazanan Maks Ferstappeni və performansını yaxşılaşdıran Ferrari-ni də tərifləyiba: “Amma Maks inanılmaz iş gördü və çox sürətli idi. Ferrari də üçüncü məşq sessiyası ilə müqayisədə böyük addım atdı”.

Rauf Hacıyev

Şərh əlavə et