Red Bull-un gənc pilotu sıralanma turlarında nümayiş etdirdiyi güclü performansdan sonra sessiyanı dəyərləndirib. Zədədən qayıtdıqdan sonra bolidin tempindən razı qaldığını bildirən fransalı pilot mühərrik dəyişdirdiyi üçün alacağı beş pilləlik start cəzasına baxmayaraq yarışda mövqeyini yaxşılaşdıra biləcəyinə inandığını deyib.
Sıralanma turlarından sonra Ayzek Hacar bildirib: “Bolidin hissiyatı ötən həftə ilə müqayisədə daha yaxşı idi.
Zədədən qayıtdıqdan sonra məhz belə bir vaxtda ön qrupda, ilk üçlük uğrunda mübarizə aparmaq möhtəşəm hissdir və bundan böyük zövq alıram.
Ən yaxşı sıralanma sessiyam olmasa da, belə tempə sahib olmaq gözəl hissdir. Bu qədər sürətli olduğumuz trasda cəza almaq isə bir qədər bəxtsizlik oldu.
Ancaq səkkizinci yerdən başlasaq belə, qarşımızdakı bolidləri keçərək yaxşı nəticə ilə geri dönə biləcəyimizə inanıram”.




Şərh əlavə et