Britaniyalı sürücü Bəhreyn Qran-prisinin sıralama turlarında Maks Ferstappendən sonra ikinci pilləni tutaraq yarışa ilk cərgədən başlamaq hüququ qazanıb.
Həftə ərzində təkərləri və avtomobili düzgün iş diapazonuna gətirməyin kifayət qədər çətin olduğunu bildirən Həmilton yüksək temperaturun da mübarizəni daha mürəkkəb hala gətirdiyini qeyd edib.
Ferrari pilotu sıralama turlarından əvvəl edilən son dəyişiklikdən sonra avtomobilin balansını əhəmiyyətli dərəcədə yaxşılaşdırdıqlarını deyib.
Lyuis Həmilton: “Avtomobil sürüşdüyü və təkərlər həddindən artıq qızdığı üçün yaxşı balans tapmaq həqiqətən çox çətin idi. Sıralanma turuna başlamazdan əvvəl daha bir son dəyişiklik etdik və düşünürəm ki, avtomobilin ideal iş pəncərəsini tapdıq.
Təxminən bütün həftəsonu çox sürətli olan Maksla aramızdakı fərqi 0,2-0,3 saniyəyə qədər azaltmaq əladır. Buna görə həqiqətən çox xoşbəxtəm.
Avtomobilin gəldiyi nöqtədən çox daha məmnunam, ancaq sabah tamamilə fərqli mübarizə olacaq. Bu trasda təkərləri nə qədər uzun müddət qoruya biləcəyimizi bilmirəm. Təkərlər elə ilk andan etibarən həddindən artıq qızır.
Avtomobilin yaşadığı hər kiçik ani sürüşmə təkərlərlə nə qədər məsafə qət edə biləcəyiniz baxımından fərq yaradır.
Ancaq yaxşı balans əldə etdiyimizə inanıram. Maks uzun məsafəli sürüşlərdə həqiqətən çox sürətli idi. Buna görə sabah ona çatmaq üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm”.




Şərh əlavə et