Dördqat dünya çempionu Bəhreyn Qran Prisinin sıralanma turunu ilk pillədə başa vuraraq poulu əldə edib. Mövsümün ilk bölümündə yaşanan çətinliklərdən sonra bu nəticəyə nail olmağın böyük uğur olduğunu vurğulayan təcrübəli pilot yarış günündə də hədəfinin qələbə olduğunu bildirib.
Sıralama turlarından dərhal sonra danışan Maks Ferstappen hisslərini belə ifadə edib: “Bu, möhtəşəm hissdir. Poul qazanmaq üçün uzun müddətdir çalışırdıq.
Bəzən buna çox yaxın olduğumuz anlar olub. Lakin mövsümə başladığımız nöqtəni nəzərə alsaq, nəhayət buna nail olmaq həqiqətən inanılmazdır. Bugünkü nəticədən çox xoşbəxtəm və sabah mütləq qazanmaq üçün yarışacağam. Yarışa ilk pillədən başlayırsınızsa, təbii ki, hədəfiniz də bu olmalıdır”.




Şərh əlavə et