Xəbəri Kokpitdə Oxuyun!

F2: Dürksen Hitech komandasına keçib

Formula 2 komandası Hitech 2027-ci il mövsümü üçün heyətində yer alacaq ilk pilotu açıqlayıb. Komanda hazırda Invicta Racing-də çıxış edən paraqvaylı Coşua Dürksen ilə anlaşıb.

Dürksen 2026-cı ildə dörd qələbə qazanıb və mövsümün başa çatmasına iki mərhələ qalmış fərdi sıralamada 8-ci yeri tutur.

Coşua Dürksen: “2027-ci il Formula 2 mövsümündə Hitech komandasına qoşulduğum üçün çox şadam. Bu komanda uzun illər ərzində özünü çempionatın ən güclü komandalarından biri kimi göstərib və onun heyətində çıxış etmək imkanı qazandığım üçün qürur duyuram.

Komandadakı hər kəslə tanış olmağı, birgə işə başlamağı və birlikdə hansı nəticələrə nail ola biləcəyimizi görməyi səbirsizliklə gözləyirəm.

2027-ci ilin yeni bolidi bizim üçün daha bir maraqlı çağırış olacaq və mümkün qədər tez işə başlamaq üçün böyük motivasiyaya sahibəm. İnkişafımı davam etdirmək, qələbələr uğrunda mübarizə aparmaq və hər trasda mümkün qədər yüksək nəticələr əldə etmək istəyirəm.

Əminəm ki, birlikdə gələn mövsümdə böyük uğurlar qazana biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et