Motegidə keçirilən sprint yarışında bütün pilotlar ön tərəfdə orta, arxa tərəfdə isə yumşaq təkərlərə üstünlük veriblər.
Lakin Marko Bezzekki sprintin başlamasına bir neçə dəqiqə qalmış son anda arxa təkərdə orta tərkibə keçib.
Beş qırmızı işığın sönməsi ilə sprint yarışı başlayıb. Mark Markes ilk döngədən sonra Xorxe Martindən liderliyi alıb.
Bu zaman arxada Aleks Markes, Fabio Di Cianantonio və Pedro Akosta Mark Markeslə təmas nəticəsində baş verən qəza ilə yarışdan kənarda qalıblar.
Üçüncü dövrədə Enea Bastianini Marko Bezzekkini geridə qoyaraq üçüncü pilləyə yüksəlib. Qalan dövrələrdə Bezzekki Dieqo Moreyra və Ai Oguraya da keçilərək altıncı yerə qədər geriləyib.
12 dövrəlik sprint yarışının sonunda Mark Markes qalib gəlib. Xorxe Martin və Enea Bastianini damalı bayrağa qədər ikinci yer uğrunda mübarizə aparıblar və Martin finişi ikinci keçib.
Lakin yarış başa çatdıqdan sonra Martin və Bastianini trass sərhədlərini aşdıqları üçün cəzalandırılıblar. Nəticədə Dieqo Moreyra ikinci pilləyə yüksəlib.
İlk beşliyi Ai Ogura tamamlayıb, Marko Bezzekki isə altıncı olub.




Şərh əlavə et