Yaşıl işıqların yanması ilə Motegidə sıralanma turlarından əvvəl son məşq sessiyası başlayıb. Trassda hava isti və günəşli olub.
Bütün pilotlar 30 dəqiqəlik sessiyaya orta sərtlikdə ön təkərlərlə başlayıblar. Pilotların əksəriyyətinin arxa təkərində isə yumşaq tərkib olub. Enea Bastianini, Bred Binder, Pedro Akosta, Fermin Aldeqer və Marko Bezzekki isə orta sərtlikdə arxa təkərlərlə sessiyaya başlayıblar.
İlk dəqiqələr geridə qaldıqdan sonra Franko Morbidelli ciddi mühərrik problemi yaşayıb və bu, qırmızı bayraqların dalğalanmasına səbəb olub.
Bir neçə dəqiqə sonra sessiya yenidən başlayıb. Bu zaman Françesko Banyaya 1:44.422 nəticə ilə vaxt cədvəlinin ilk pilləsində qərarlaşıb. Təmsilçimiz Toprak Razqatlıoğlu isə 20-ci yerdə olub.
Sessiyanın ortasına yaxın Mark Markes 1:43.564 nəticə ilə lider olub, Marko Bezzekki isə ikinci pilləyə yüksəlib. Fermin Aldeqer və Ai Ogura bir dəqiqə fərqlə 9-cu döngədə qəza keçiriblər.
Sessiyanın qalan hissəsində ciddi hadisə baş verməyib və Marko Bezzekki 1:43.321 nəticə ilə məşqi lider tamamlayıb. Xorxe Martin ikinci, Pedro Akosta isə üçüncü olub.
Mark Markes dördüncü, Fabio Di Cianantonio beşinci, Enea Bastianini isə altıncı pillədə qərarlaşıb.




Şərh əlavə et