Xəbəri Kokpitdə Oxuyun!

Mercedes-dən xüsusi rəng çaları

Mercedes komandası Malayziyada keçiriləcək Bəhreyn Qran Prisində istifadə edəcəyi, Petronas rənglərindən ilhamlanan xüsusi dizaynını təqdim edib.

Formula 1 bu həftəsonu Bəhreyn Qran Prisinin keçirilməsi üçün Malayziyadakı Sepanq Beynəlxalq Trasına qayıdır.

Bəhreyn Qran Prisi normal şəraitdə 2026-cı ilin aprelində keçirilməli idi. Lakin Yaxın Şərqdə yaranan gərginlik səbəbindən yarışın təxirə salınması və daha sonra ləğv edilməsi lazım gəlib.

Bu səbəbdən yarış Malayziyada keçirilsə də, Formula 1, FİA, eləcə də Bəhreyn və Malayziya hökumətləri arasında əldə olunan razılaşmaya əsasən tədbir hələ də Bəhreyn Qran Prisi adlandırılır.

1999-cu ildə ilk dəfə Formula 1 yarışına ev sahibliyi edən Sepanq ehtiraslı azarkeşləri, maraqlı yarışları və proqnozlaşdırılması çətin hava şəraiti ilə Formula 1-in ən məşhur və çətin traslarından biri hesab olunur.

Trasda sonuncu yarış 2017-ci ildə keçirilib və həmin Qran Pridə Red Bull pilotu Maks Ferstappen qalib gəlib. Daha sonra Sepanq maliyyə səbəblərinə görə təqvimdən çıxarılıb.

Mercedes-in əsas sponsoru olan Petronas Malayziyanın neft və təbii qaz şirkətidir. Bu səbəbdən komanda bu həftəsonu W17 bolidini ikonlaşmış Petronas mavisinə bürümək qərarına gəlib.

Rauf Hacıyev

Şərh əlavə et