Mercedes Malayziyaya yeniliklərlə gəlir

Mercedes Malayziyaya yeniliklərlə gəlir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının rəhbəri Toto Volff bu həftəsonu Malayziyada keçiriləcək yarışa böyük yeniləmələrlə qatılacaqlarını açıqlayıb.

“Gümüşü oxlar” bu həftəsonu keçiriləcək yarış üçün avtomobilə böyük yeniləmə paketi gətirmək qərarına gəlib.

Həftəsonu öncəsi danışan Toto Volf bildirib: “Sepanq kifayət qədər çətin trasdır. Burada aerodinamik performans, mexaniki ilişmə, təkərlərin idarə olunması və isti hava şəraitində sabit performans böyük əhəmiyyət daşıyır. Buna görə də avtomobilimizin real potensialını ölçmək üçün çox yaxşı sınaq olacaq.

Sepanqa çoxsaylı yeniləmələrlə gəlirik və onların bizi irəli aparacağına ümid edirik. Son dövrdə klassik traslarda istədiyimiz nəticələri əldə edə bilməmişik.

Monza və Bakı olduqca xüsusi traslar idi. Lakin daha ənənəvi traslarda poul mövqeyi uğrunda mübarizə aparacaq səviyyəyə çata bilmədik. Problemlərimizin nədən qaynaqlandığını bilirik və onları həll etmək üçün intensiv çalışmışıq.

Bu yeniləmə paketinin bizi irəli aparacağına ümid edirik. Lakin Formula 1-də heç nə təminatlı deyil. Son sözü həmişə xronometr deyir.

Prioritetimiz düzgün sazlamaları tez tapmaq, problemsiz həftəsonu keçirmək və liderlik uğrunda mübarizənin içində olmaqdır”.

Bunları da oxuyun

Şərh əlavə et