Xəbəri Kokpitdə Oxuyun!

Həmilton yarışların qısaldılmasından narazıdır

Ferrari komandasının sürücüsü Şarl Lekler Azərbaycan Qran Prisi öncəsi yarış məsafələrinin qısaldılması ideyasını tənqid edib. Britaniyalı pilot Bakıda keçmiş təcrübəsindən, Ferrari komandasının inkişaf prosesindən və gələcək mövsümlər üçün gözləntilərindən danışıb.

İtaliya Qran Prisindən sonra komanda daxilində keçirilən görüşlərin səmərəli keçdiyini və bolidin builki inkişafından məmnun qaldıqlarını bildirən Həmilton mühərrik dəyişdirilməsinə görə cəzanın hazırda gündəmdə olmadığını deyib.

Gələcək mövsümlərdə yarış məsafələrinin azaldılması fikrini mənasız hesab edən britaniyalı pilot Formula 1-in mahiyyətinin dözümlülük və sərhədləri aşmaq üzərində qurulduğunu vurğulayıb: “Bu qərarın arxasında duran səbəbləri və məntiqi həqiqətən bilmirəm.

Məncə, əksinə, yarışlar daha uzun olmalıdır. Çünki bolidləri idarə etmək fiziki baxımdan əvvəlkindən daha asanlaşıb. Buna görə də yarış müddətini qısaltmaq mənə heç məntiqli görünmür.

Dözümlü təkərlər səbəbindən yarışların əksəriyyətini bir pit-stopla başa vururuq. Bir çox yarışda öz-özümə deyirəm: Kaş ki, bir neçə dövrə də vura biləydik. Formula 1 fiziki və zehni baxımdan idmançıları ən çox sınağa çəkən seriya olmalıdır.

Sinqapur və ya Malayziya kimi həddindən artıq isti yarışlarda pilotların performans sərhədində mübarizə apardığını, bədənlərini son həddə qədər yüklədiyini görmək istəyirsiniz. İdmanın məqsədi səviyyəni və sərhədləri yüksəltməkdir. Buna görə yarışları qısaltmaq mənə tamamilə mənasız gəlir.

İlk ilimdə bədənimin bu tempə uyğunlaşması ölüm qədər çətin idi. 2020-ci ildə də asfaltayatması ən yüksək səviyyədə olan bolidləri idarə etməkdə ciddi çətinlik çəkirdik. Ancaq indiki geniş təhlükəsizlik zonalarını sevmirəm. Çəmənliklərin və çınqıllıq sahələrin olduğu, riskin daha çox hiss edildiyi köhnə günlər üçün darıxıram”.

Baza əməkdaşları ilə keçirilən görüşlərdən, Azərbaycan Qran Prisinin çətinliklərindən və təqvimə qayıdan Malayziya trası ilə bağlı düşüncələrindən danışan təcrübəli pilot sözlərinə belə davam edib: “Mühəndislərlə bir araya gəldik. Nələri yaxşı etdiyimizi və hansı məsələlərdə zəif qaldığımızı ətraflı şəkildə təhlil etdik.

Bu bolidə uyğunlaşmaq və ondan yüksək performans əldə etmək, demək olar ki, ayrıca bir elm sahəsidir. Bakı isə bütün əyləc nöqtələrində divarlarla üz-üzə qaldığınız, bolidə inamın ən yüksək səviyyədə olmalı olduğu təhlükəli trasdır.

Burada çoxlu pis xatirələrim var. Əlbəttə, 2021-ci ili və Sebastyan Fettel ilə yaşadığımız, indi gülərək xatırladığımız hadisəni unuda bilmirəm.

Ancaq builki bolid sürüş tərzimə daha çox uyğun gəlir. Həm mən, həm də Şarl güclü temp nümayiş etdiririk.

Digər tərəfdən, təqvimə qayıdan Malayziya trasına dönməyi səbirsizliklə gözləyirəm. Kuala Lumpurla bağlı möhtəşəm xatirələrim var. Sepanq ötmələrə imkan verən, azarkeşlərə möhtəşəm yarışlar təqdim edən və pilotları fiziki baxımdan son həddə qədər yükləyən əsl klassik trasdır”.

Rauf Hacıyev

Şərh əlavə et