Lekler: Qırmızı bolidlərə həddindən artıq diqqət yetirilir

Lekler: Qırmızı bolidlərə həddindən artıq diqqət yetirilir
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bakı yarış həftəsonu başlamazdan əvvəl FIA-nın mətbuat konfransında Şarl Leklerdən Monza yarışının startında Lyuis Həmiltonla yaşadığı mübarizə barədə yenidən soruşublar.

Monakolu pilot bu mövzuya həddindən artıq diqqət ayrıldığını düşünür və Ferrari rəhbərliyinin trasdakı mübarizə qaydalarını ayrıca sənədlə müəyyənləşdirməsinə ehtiyac olmadığını bildirir.

Şarl Lekler: “Artıq dəfələrlə demişəm ki, belə insidentlərin təkrarlanmasını istəmirəm. Bütün bunları artıq izah etmişəm və düşünürəm ki, indi belə məsələləri ayrıca yazılı şəkildə müəyyənləşdirməyə ehtiyac olmadığı kifayət qədər aydındır.

Bir daha qeyd edirəm ki, söhbət qırmızı bolidlərdən gedəndə bu mövzuya həddindən artıq diqqət yetirilir və hər şey çox detallı şəkildə təhlil olunur. Bu isə tam ədalətli deyil.

Monzada ilk dörd komandaya nəzər salsaq, onların üçündə oxşar insidentlər baş verib və nəticədə bolidlərdən biri çəmənliyə çıxıb. Amma indi hamı yalnız qırmızı bolidlərdən danışmağa davam edir. Bu, düzgün deyil.

Əlbəttə, bəzən mən də həddi aşmışam və eyni hal Lyuisin də başına gəlib. Lakin əsas məsələ baş verənləri müzakirə etməkdir.

2019-cu ildən Ferrari üçün çıxış edirəm və bilirəm ki, etdiyimiz hər şey mikroskop altında araşdırılır, ən xırda detala qədər müzakirə olunur. Belə toqquşmalardan sonra çıxarılan nəticələr isə çox vaxt səhv olur.

Lyuislə hər şeyi aydınlaşdırmaq üçün bir-birimizlə danışmağımız kifayətdir. Çünki hər ikimiz bütün həyatımızı yarışlara həsr etmişik. İkimiz də qalib gəlmək istəyirik, aramızda rəqabət var. Eyni zamanda, komanda olaraq qələbə qazanmaq və Ferrari-ni uğura aparmaq istəyirik. Əsas məsələ budur.

Lyuislə mübarizə aparmaq xoşuma gəlir. Çünki Formula 1-in marağı da məhz bundadır – ən yaxşılarla yarışmaq. Lyuis, şübhəsiz ki, onlardan biridir. Bu, mənim üçün böyük çağırışdır və bundan zövq alıram”.

Bunları da oxuyun

Şərh əlavə et