Rassell: Riyazi şansım var

Rassell: Riyazi şansım var
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Bakıda qələbə uğrunda mübarizə aparmaq istəyir.

Son dörd ildə Corc Rassell Bakıda üç dəfə podiuma yüksəlib və həftəsonunun başlamasını nikbinliklə gözləyir.

Corc Rassell: “Bu trası xoşlayıram. Son yarışlarda bolidin içində özümü daha rahat hiss edirəm. Madrinqdə yaxşı tempim var idi, amma ötmə edə bilmirdim.

Formula 1-in əsas çətinliyi ondadır ki, məşq və testlər keçirə bilmirik. Məsələn, qolfda zərbə texnikanı düzəltmək istəyirsənsə, meydana gedib dəfələrlə məşq edirsən. Pilotlar isə yarış həftəsonu ərzində – məşqlərdə, sıralama turlarında və yarışda  məşq etməyə məcburdurlar. Buna görə də pilotaj üslubunda müəyyən dəyişikliklər etmək çox vaxt aparır.

Bilirsiniz, bu il Oskar Piastri ilə təxminən eyni problemləri yaşayıram. Əvvəllər işləyən yanaşma indi nəticə vermir. Ancaq irəliləyiş əldə etmişəm və ümid edirəm ki, yenidən qələbələr uğrunda mübarizə aparacağam. Oskarla birlikdə Formula 4, Formula 3, Formula 2 və Formula 1-də qələbələr qazanmışıq. Öz bacarıqlarıma şübhə etmirəm, əminəm ki, Oskar da özünə inamını itirməyib. Sadəcə, bunun üçün vaxt lazımdır.

Şəxsi sıralamada geri qalmağımın səbəbi mövsümün ilk yarısında nəticələrimin kifayət qədər yüksək olmamasıdır. Amma riyazi şansım qaldığı müddətdə hər yarışda çempionluq uğrunda mübarizə aparacağam”.

Bunları da oxuyun

Şərh əlavə et