V.Bottas: Bakı hadisələrlə zəngin olur

V.Bottas: Bakı hadisələrlə zəngin olur
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Cadillac komandasının hər iki pilotu daha əvvəl Azərbaycan Qran Prisində qələbə qazanıb. Lakin bu həftəsonu üçün gözləntiləri daha təvazökardır.

Kokpit.az xatırladır ki, Amerika komandası Formula 1-də debüt mövsümünü keçirib, Bakıya ilk dəfə gəlsə də, Valtteri Bottas 2019-cu ildə, Serxio Peres isə 2021 və 2023-cü illərdə paytaxtımızda qalib gəliblər.

Marçin Budkovski, komanda rəhbəri: “Mövsümün sonundakı səfər yarışları seriyası komandaya ciddi yük gətirir. Həm trasda çalışan əməkdaşlar, həm də istehsalatda məşğul olan işçilər üçün vəziyyət asan deyil. Onlar bir neçə ardıcıl yarışdan ibarət gərgin seriyalarda komandanın ehtiyaclarını qarşılamalıdırlar. Bazada dəstək göstərən əməkdaşlar üçün də bu, çətin dövrdür. Onlar başqa saat qurşaqlarında çıxış edən komanda ilə əlaqə saxlamaq üçün son dərəcə əlverişsiz vaxtlarda işləməli olacaqlar.

Bolidin inkişafı üzərində işimizi davam etdiririk və Bakıya məşqlər zamanı sınaqdan keçirəcəyimiz bir neçə kiçik aerodinamik yenilik gətirmişik. Planlaşdırıldığı kimi, Serxio yeni spesifikasiyalı Ferrari güc qurğusundan istifadə edəcək”.

Serxio Peres: “Madrinqdə yarış mənim üçün trası tərk etməli olana qədər yaxşı inkişaf edirdi. Düşünürəm ki, bu, mövsümdəki ən güclü yarışımız idi. Bakıda həmin uğuru təkrarlamağa çalışmaq üçün yenidən trasda olmaq fürsətini səbirsizliklə gözləyirəm.

Keçmişdə bu trasda yaxşı çıxış etmişəm. Ümid edirəm ki, dərhal ritm tutacaq, məşqlərdə yaxşı temp yığacaq və komandanın layiq olduğu səviyyədə nəticə göstərəcəyəm”.

Valtteri Bottas: “Azərbaycanda keçirilən həftə həmişə hadisələrlə zəngin olur! Formula 1-in ən uzun düz xətti bu trasdadır, amma bu, onun digər üstünlüklərini kölgədə qoymur. Tras çox texnikidir. Sükan və qaz pedalı ilə dəqiq işləmək, tutuş səviyyəsinin aşağı olduğunu və divarların yaxın yerləşdiyini daim nəzərə almaq lazımdır. Lakin hər şeyi düzgün etdikdə bu tras göstərdiyiniz səylərin qarşılığını verir”.

Bunları da oxuyun

Şərh əlavə et