T.Volff: Bakı pilotlara ciddi tələblər qoyur

T.Volff: Bakı pilotlara ciddi tələblər qoyur
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bakı həftəsonu başlamazdan əvvəl Mercedes komandasının rəhbəri Toto Volff qarşıdakı yarış və mövsümün gərgin təqvimi barədə danışıb.

Kokpit.az xatırladır ki, Mercedes komandası paytaxtımıza lider kimi gəlir və “gümüşü oxlar” daha əvvəl Bakıda keçirilən 9 yarışdan üçündə qalib gəlib.

Toto Volff: “Son iki yarış həftəsonu yaxşı nəticələr gətirdi, lakin vəziyyətə dair qiymətləndirməmizi dəyişmədi. Bir neçə komanda hər yarışda liderlik uğrunda mübarizə apara bilər. Madrinqdə uğur qazandıq, amma bunun səbəblərindən biri yarış zamanı hadisələrin bizim xeyrimizə inkişaf etməsi idi. Mövcud vəziyyəti realist şəkildə qiymətləndiririk.

Mövsümü başa çatdıracaq üç ardıcıl üçyarışlıq seriyanın birincisi qarşıdadır. Həm bazadakı əməkdaşlar, həm də trasdakı yarış komandası üçün çətin dövr başlayır. Yarışlar arasında dincəlmək üçün çox az vaxtımız olacaq. Buna görə də yaxşı hazırlıq, yüksək etibarlılıq və detallara diqqət daha böyük əhəmiyyət daşıyır. Məhz belə məqamlarda çempionatdakı mövqelərimizi möhkəmləndirə və ya itirə bilərik.

Bu seriya Bakı mərhələsi ilə başlayır. Bura təqvimdəki ən qeyri-adi traslardan biridir və həm bolid, həm də pilotlar qarşısında ciddi tələblər qoyur. Burada düzlüklərdə yüksək sürət, əyləclənmə zonalarında inam və İçərişəhərdəki yavaş döngələri effektiv keçməyə qadir bolid lazımdır.

Son nəticələr ümidvericidir, amma heç nəyə zəmanət vermir. Bakıda bolidin zəif tərəfləri aydın görünür. İşimizə fokuslanmalı, əsas vəzifələri yüksək keyfiyyətlə yerinə yetirməli və mümkün olan bütün xalları qazanmalıyıq”.

Qeyd edək ki, alman komandası bu il keçirilən 14 yarışdan onunda qalib gəlib. Onlar ən yaxın izləyiciləri olan Ferrari-ni 145 qabaqlayır.

Bunları da oxuyun

Şərh əlavə et