Zədədən qayıdan Hacar: Bakı unikaldır

Zədədən qayıdan Hacar: Bakı unikaldır
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull komandasının pilotu Ayzek Hacar Formula 1-ə qayıdışı ilə bağlı hisslərini bölüşüb.

Fransalı sürücü biləyindən aldığı zədə səbəbindən Niderland, Monza və Madrid yarışlarından kənar qalmışdı. Fransalı pilotu Racing Bulls komandasından Liam Louson əvəz etmişdi.

Lakin müalicə prosesindən sonra zədəsini tam sağaldan gənc pilot ölkəmizdəki yarışda yenidən trasa çıxacaq.

Bolidə qayıdacağı üçün böyük həyəcan keçirdiyini bildirən Ayzek Hacar belə deyib: “Bolidimə qayıdacağım üçün inanılmaz dərəcədə həyəcanlıyam. Son bir ay mənim üçün olduqca çətin keçdi. Həyatımda ilk dəfə yarışlardan uzaq qaldım və buna öyrəşmək çox qəribə hiss idi.

Zədələndiyim ilk andan etibarən mümkün qədər tez qayıtmaq üçün bütün diqqətimi bərpa prosesinə yönəltdim. Bu müddətdə göstərdikləri səbrə görə Lorenə və komandaya təşəkkür etmək istəyirəm. Qərarı tələsik verməmək son dərəcə vacib idi”.

Zədədən əvvəl Milton Kins mərkəzli komandadakı ilk mövsümündə yüksək temp nümayiş etdirən Hacar ardıcıl olaraq xal qazanmış və Monakoda podiuma yüksəlmişdi.

Gənc pilot bu həftəsonu sükan arxasına keçdikdə məqsədinin qaldığı yerdən davam etmək olduğunu vurğulayıb: “İndi ən yaxşı bacardığım işə, yəni pilotaj fəaliyyətinə qayıtmağa özümü hazır hiss edirəm. Bakı unikal trasdır və həftəsonunun ilk anından etibarən tam diqqət tələb edir.

Bolidə sonuncu dəfə əyləşməyimdən xeyli vaxt keçsə də, simulyator məşqimiz olduqca yaxşı keçdi. Trasa çıxaraq dərhal tempi tutmağı səbirsizliklə gözləyirəm”.

Bunları da oxuyun

Şərh əlavə et