McLaren Bakı üçün H-Wing arxa qanadını geri qaytarır

McLaren Bakı üçün H-Wing arxa qanadını geri qaytarır
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren Azərbaycan Qran Prisinə gətirəcəyi genişmiqyaslı yeniləmə paketinin bir hissəsi kimi fırlanan arxa qanad dizaynı H-Wing-in bolidə qayıdacağını açıqlayıb.

McLaren H-Wing dizaynını ilk dəfə Monzaya gətirmiş, lakin keçən həftə keçirilən İspaniya Qran Prisində istifadə etməmişdi. Komanda çempionluq mübarizəsini davam etdirmək məqsədilə Azərbaycana aerodinamik yeniləmələrdən ibarət yeni paketlə gələcəyini təsdiqləyib.

Yeni detallar sərbəst yürüşlərdə sınaqdan keçiriləcək. Yarışda istifadə olunub-olunmayacağına isə əldə edilən performans məlumatlarından sonra qərar veriləcək.

Bəzi komandalar artıq diqqətini 2027-ci il bolidlərinə yönəltsə də, McLaren-in baş konstruktoru Rob Marşall yeni detallar gətirməklə yanaşı, gələn ilə hazırlaşmağın həssas balans tələb etdiyini vurğulayıb.

Həftəsonu öncəsi fikirlərini bölüşən Robb Marşall belə deyib: “Hər yarışda bu bolidlər haqqında yeni məlumatlar əldə etməyə davam edirik. Bu mövsüm müxtəlif yarışlarda gözləntilərimizi üstələdiyimiz də, onların altında qaldığımız da olub.

Bakı özünəməxsus xüsusiyyətləri ilə MCL40 üçün daha bir dəyərli sınaq meydanı olacaq. Uzun düzlüyün sonunda birinci döngəyə nisbətən soyuq əyləclər və təkərlərlə daxil olacağımız üçün enerji idarəetməsi və güc bölgüsü qədər təkərlərə və əyləclərə nəzarət də son dərəcə vacib olacaq.

Əməliyyat baxımından küçə trasında səhv payı demək olar ki, sıfırdır. Kiçik bir səhv böyük təmir işlərinə, trasda vaxt itirməyə və resursların performansdan başqa sahələrə yönəldilməsinə səbəb ola bilər.

Buna görə də həftəsonu ərzində özünəinamlı, dəqiq və intizamlı yanaşma nümayiş etdirməyi planlaşdırırıq.

Gələn mövsüm mövcud qaydaların qüvvədə qalması və ön qrupdakı rəqabətin bu qədər sıx olması səbəbindən bolidi inkişaf etdirməyə davam etmək motivasiyamız çox yüksəkdir.

Bunu gələn ilin bolidi üzərindəki işlərimizlə balanslaşdırmalıyıq. Lakin hazırda əsas diqqətimiz öyrəndiyimiz hər şeydən istifadə edərək 2026-cı il bolidimizə daha çox performans qazandırmaq və qələbə uğrunda mübarizədə yer almaqdır.

Bakıda ilk dörd komandadan istənilən birinin qalib gələ biləcək gücdə olacağını və arxadakı qrupun da getdikcə mübarizəyə qoşulacağını gözləyirik. Biz isə ön qrupdakı bu mübarizənin tam mərkəzində yer almağı hədəfləyirik”.

Bunları da oxuyun

Şərh əlavə et