Araqonda 15 dəqiqəlik Q1 sessiyasının başlaması ilə sürücülər ilk iki pilləni əldə etmək üçün sürətlə trasa çıxıblar.
İlk cəhdlərdən sonra Luka Marini 1:46.247-lik dövrə ilə liderliyə yüksəlib. Lakin dövrələr yaxşılaşdıqca Diogo Moreyra 1:45.841-lik nəticə göstərərək birinci pilləni ələ keçirib. Françesko Banyaya isə ondan 0.118 saniyə geri qalaraq ikinci olub.
Sürücülərin ikinci cəhdlərində bu dəfə Banyaya 1:45.820-lik nəticə ilə liderliyə yüksəlib. İkinci pillədə olan Diogo Moreyra isə həmin vaxt qəza keçirib.
Damalı bayrağın dalğalanmasından sonra Q2 mərhələsinə yüksələn sürücülər Banyaya və Moreyra olublar.
Pit yolunun açılması ilə sürücülər bu dəfə Q2 mərhələsi üçün trasa çıxıblar və poul uğrunda mübarizə başlayıb.
Sessiya boyunca ən sürətli dövrənin sahibi bir neçə dəfə dəyişib. Lakin son sözü Marko Bezzekki deyib və italiyalı sürücü poul mövqeyini qazanıb.
Bezzekkidən sonra Mark Markes və Aleks Markes qərarlaşıb. Raul Fernandes dördüncü, Xorxe Martin isə beşinci pillədə yer alıb.




Şərh əlavə et