Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Şumaxer kolleksiyasını təqdim edib

Ferrari, Şumaxerə həsr olunan xüsusi yarış kombinezonlarını təqdim edib

Ferrari ev sahibi olduğu İtaliya Qran Prisində Lyuis HəmiltonŞarl Leklerin geyinəcəyi, yeddiqat dünya çempionu Mixael Şumaxerə ehtiram ifadəsi olan xüsusi yarış kombinezonlarını təqdim edib.

Maranello komandası 4-6 sentyabr tarixlərində Monzada keçiriləcək ev yarışını alman pilotun Ferrari üzərində qoyduğu silinməz izə həsr edib.

Xüsusi dizaynlı kombinezonlarda Ferrari-nin ikonik qırmızı rəngi qorunub. Bununla yanaşı, sinə, qol və çiyin hissələrində ağ zolaqlardan istifadə olunub.

Kombinezonların kürəyinin yuxarı hissəsində isə Şumaxerin dəbilqə dizaynlarında istifadə etdiyi üslubda yeddi ulduz yer alıb. Bu ulduzlar alman pilotun qazandığı yeddi dünya çempionluğunu simvolizə edir. Bundan başqa, Şumaxerin şəxsi loqosu da kombinezonun üzərində əks olunub.

Ferrari Monza yarışı öncəsi Niderland Qran-Prisində çətin həftəsonunu geridə qoyub. Hemilton və Leklerin radio danışıqlarında yaşanan gərgin anlardan sonra hər iki pilot yarışı müvafiq olaraq 4-cü və 5-ci pillələrdə tamamlayıb. Scuderia Ferrari hazırda Konstruktorlar Çempionatında 338 xalla lider Mercedesdən 87 xal geri qalaraq ikinci yerdədir.

Zandfortda jurnalistlərə danışan hər iki pilot Monza yarışı öncəsi həyəcanını bölüşüb.

Şarl Lekler bildirib: “Kağız üzərində bizim üçün ən ideal tras kimi görünməsə də, Monzanın bizim üçün yeri tamamilə başqadır və həftəsonunu səbirsizliklə gözləyirəm”.

Lyuis Həmilton isə belə deyib: “Şübhəsiz ki, ötən illə müqayisədə indi tamamilə fərqli mövqedəyik. Mühəndislər Kubokunda hələ də ikinciyik və mövsümün ilk yarısından çıxara biləcəyimiz çoxlu müsbət nəticə var. Qarşıdakı yarışlarda rəqiblərimizi məğlub etmək şansı qazanmaq istəyiriksə, tempimizi artırmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et