Araqonda yaşıl bayraqların dalğalanması ilə 45 dəqiqəlik ilk məşq sessiyasına start verilib.
İlk 10 dəqiqə geridə qalarkən Fabio Di Canantonio 3-cü döngədə qəza edib. Pedro Akosta isə 1:48.364-lük nəticə ilə zaman cədvəlinin zirvəsinə yüksəlib.
Dəqiqələr keçdikcə liderlik dəfələrlə dəyişib. Sessiyanın ortasına çatanda Mark Markes 1:47.763-lük nəticə ilə lider olub. O, qardaşı Aleks Markesi 0.033 saniyə qabaqlayıb. Pedro Akosta isə üçüncü pillədə qərarlaşıb.
Bu mərhələdə Toprak Razqatlıoğlu 19-cu sırada olub. Akosta isə daha sonra 12-ci döngədə qəza edib.
Damalı bayrağın dalğalanması ilə Mark Markes sessiyanı zirvədə tamamlayıb. Marko Bezzekki ikinci, Aleks Markes üçüncü, Raul Fernandes isə dördüncü olub. Pedro Akosta və Cek Miller müvafiq olaraq beşinci və altıncı pillələri tutublar.




Şərh əlavə et