Ş.Lekler məyus olub

Ş.Lekler məyus olub
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0
Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Qətərdə Mercedes-in performansına təəccüblənib.

Kokpit.az xatırladır ki, Ferrari Qətərdə çox zəif təsir bağışlayıb. Onlar burada 5-ci sürətli komanda kimi görünüb. Yenə də Lekler yarışı 5-ci yerdə bitirərək, demək olar ki, maksimum nəticə qazanıb. Ancaq yarışın startında ən geriyə düşmüş Rasselin onu keçməsi Şarlı təəccübləndirib.

Şarl Lekler: “Karlosun probleminə görə yarışa gözlədiyimiz kimi başlamadıq. Bu məyusedici idi. Bu səbəbdən təhlükəsizliyə görə mən də diqqətli sürməyə başladım. Lakin Qətərdə beşincilikdən yaxşı nəticə qazana bilməzdim.

McLaren-in tempinə çox təəccüblənmədim. Burada sürətli olacaqları gözlənilən idi. Mercedes-in tempinə isə təəccübləndik. İlk dövrədə qəza etsələr də, yarışı bizdən öndə bitirmələri təəccüblüdür.

Növbədə ardıcıl 3 yarış var. Mühəndislər Kubokunda ən yaxşı nəticə qazanmaq üçün hər şey edəcəyik.

Məncə, Qətər yarışı F1 tarixində sürücülər üçün ən çətin yarış oldu. İstisnası olduğunu düşünmürəm. Elə olmadığını deyənlərə də inanmıram. Məncə, çox şey üst-üstə gəldi.

Hava çox isti idi. Çoxlu sürətli döngələrin olduğu trasımız var. Lakin ən vacib məqam 3 pit-stop etməyimiz idi. Bu da o demək idi ki, təkərlərə nəzarət etmədən sürətli sürməli idik. Elə bil ki, ardıcıl sıralanma turları atırdıq. Gələn il də belə olsa, sürücülər aralarında müzakirə aparacaqlar. Yarışdan sonra həmişə bir-birimizə baxırıq. Bu dəfə vəziyyət fərqli idi.

Bəzi sürücülər özlərini doğrudan da pis hiss edirdilər. Yəni ki, bunu müzakirə etməliyik. Bu fiziki hazırlıqla əlaqəli şey deyil. O qədər su itiririk ki, trası pis görürük və ürək döyüntülərimiz artır. Bütün bunları nəzarətdə saxlamaq çətindir. Hələlik bu barədə çox danışmaq istəmirəm. Lakin bunun nə qədər çətin olduğunu sözlə ifadə etmək çətindir”.

Bunları da oxuyun

Şərh əlavə et