A.Stella: 2026-dan 2027-yə keçid asan olacaq

A.Stella: 2026-dan 2027-yə keçid asan olacaq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının rəhbəri Andrea Stella inanır ki, onlar hazırkı bolidlə 2027-ci il layihəsi arasında düzgün balansı tapıblar.

Çempionatın ikinci yarısına daxil olarkən McLaren-in qarşısında vacib seçim dayanır. Komanda hazırkı bolidə nə qədər resurs ayıracağını müəyyənləşdirməlidir. Eyni zamanda 2027-ci il bolidinə nə qədər fokuslanacağını da qərarlaşdırmalıdır.

Stellaya görə, bu dəfə qərar daha asandır. Səbəb isə 2027-ci il üçün Formula 1 qaydalarının ötən qışdakı qədər ciddi dəyişməyəcəyidir.

2026-cı il mövsümündən əvvəl həm güc qurğusu, həm də şassi qaydaları tamamilə yenilənmişdi.

Ötənilki vəziyyət isə bundan xeyli fərqli idi. McLaren 2025-ci ildə pilotlar çempionluğu uğrunda mübarizəni davam etdirərkən 2026-cı ildə qüvvəyə minəcək böyük texniki dəyişikliklərə də hazırlaşmalı idilər.

Lando Norris 2008-ci ildə Luis Həmiltondan sonra McLaren-ə ilk pilotlar çempionluğunu qazandırıb. Bundan başqa komanda ardıcıl qazandığı ikinci dəfə Konstruktorlar Kubokunun qalibi olub.

Lakin çempionluq mübarizəsinə fokuslanmaq yeni texniki qaydalara hazırlığı müəyyən qədər arxa plana keçirib. Nəticədə McLaren sonradan MCL40 ilə rəqiblərini yaxalamaq məcburiyyətində qalıb.

Stella 2027-ci ilə keçid zamanı bu balansı qurmağın daha asan olduğunu bildirib: “Bu il iki tələb arasında düzgün balansı tapmaq daha asandır.

2025-ci ildə iki fərqli istiqamət arasında balans yaratmalı idik. Bir tərəfdən dünya çempionluğu üçün sonadək mübarizə aparmalı idik. Digər tərəfdən isə demək olar ki, sıfırdan yeni bolid hazırlamalı idik.

Bu il isə iki layihə arasında keçid daha rahatdır. Çünki texniki qaydalardakı dəyişikliklər nisbətən kiçikdir.

Yadda saxlamalıyıq ki, bu bolid nəslinin həm şassi, həm də güc qurğusu baxımından inkişafının hələ ilkin mərhələsindəyik.

Buna görə də 2026-cı ildə öyrənəcəyimiz hər şey gələn il bizim üçün faydalı olacaq.

Əlbəttə, büdcə limiti çərçivəsində düzgün balans yaratmalıyıq. Aerodinamik borudakı sınaq saatlarını və kompüter simulyasiyalarını da nəzərə almalıyıq.

Bundan başqa, resursları dizayn və istehsal arasında necə bölüşdürəcəyimizə qərar verməliyik.

Amma bütün bu sahələrdə yaxşı mövqedə olduğumuza inanıram”.

Bunları da oxuyun

Şərh əlavə et