M.Ferstappen: Alonsonun qərar verməsi asandır

M.Ferstappen: Alonsonun qərar verməsi asandır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull komandasının sürücüsü Maks Ferstappen Fernando Alonsonun yaşına görə Formula 1-də gələcəyi ilə bağlı qərar verməsinin daha asan olduğunu düşünür.

Həm Ferstappen, həm də Alonso 2028-ci ilin sonuna qədər müqavilələri olmasına baxmayaraq, gələn il Formula 1-də çıxış edib-etməyəcəklərini hələ təsdiqləməyiblər.

Hər iki pilot bu il qüvvəyə minən yeni Formula 1 qaydalarından narazılıqlarını bildiriblər.

İspaniyalı sürücü ötən ay açıqlamasında Formula 1-də gələcəyinin Aston Martin-in çempionatdakı mövqeyindən daha çox boliddən zövq alıb-almamasından asılı olacağını deyib.

İkiqat dünya çempionunun gələcəyini dəyərləndirən Ferstappen mətbuata verdiyi açıqlamasında Alonsonun fikirləri ilə tam razı olduğunu bildirib: “Mən onunla tamamilə razıyam. İstədiyiniz şey bu deyil.

Əlbəttə, Fernando 45 yaşındadır. Ona görə də ‘mən gedirəm’ deməsi yəqin ki, daha asandır. Çünki o, demək olar ki, karyerasının sonuna gəlib.

Mən Fernandonun 60 yaşına qədər yarışmasını istərdim, ancaq bunun Formula 1-də real olduğunu düşünmürəm.

Əsl yarışçı kimi bu, çətindir. Xüsusilə də qaydalardan zövq almırsansa və hazırda rəqabətədavamlı deyilsənsə, vəziyyət daha da çətinləşir.

Çünki Fernando 21-ci yerdə olmağa layiq deyil. Fernando ən azı ilk beşlikdə olmağa layiqdir”.

Ferstappen bu il yeni texniki reqlamentin ən sərt tənqidçilərindən biri olub. Niderlandlı pilot daha əvvəl də qaydaların onun Formula 1-dən ayrılmaq qərarına təsir göstərə biləcəyinə işarə edib.

Lakin karyerasının qarşısında hələ uzun illər olan Ferstappen öz vəziyyətinin Alonso ilə müqayisə edilməsinin o qədər də düzgün olmadığını bildirib: “Mənim 28 yaşım var, ona görə də vəziyyət bir qədər fərqlidir. İstənilən vaxt rahatlıqla dayana bilərəm, bu, problem deyil. Lakin mən yarışmağı sevirəm.

Hazırda sahib olduğumuz imkanlarla bacardığım qədər mübarizə aparmağa çalışıram. Baxmayaraq ki, hazırda sahib olduğumuz şey mənim xoşuma gəlmir”.

Bunları da oxuyun

Şərh əlavə et