Red Bull GYM Clash qayıdır!

Red Bull GYM Clash qayıdır!
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Sentyabrın 13-də Dəniz Mall Ticarət Mərkəzinin qarşısındakımeydan gücün, sürətin, dözümlülüyün və komanda ruhununsınağa çəkiləcəyi böyük fitnes arenasına çevriləcək.

Red Bull Gym Clash Bakıya qayıdır və yerli fitnes icmasının ənhazırlıqlı və iddialı nümayəndələrini yenidən bir araya gətirəcək.

Ötən il Azərbaycanda ilk dəfə keçirilən yarış 40-dan çoxiştirakçını eyni meydanda topladı. Yüksək temp, tamaşaçılarınenerjisi, son saniyəyədək davam edən gərgin mübarizə vənəticənin sona qədər açıq qalması ilk Red Bull Gym Clash yarışını yadda qalan idman hadisələrindən birinə çevirdi.

SENTYABRIN 13-DƏ MÜBARIZƏ YENIDƏN BAŞLAYIR.

Dəniz Mall qarşısındakı meydanda hər saniyə qələbəyə gedənyolda önəm daşıyacaq. Yorğunluq artdıqca iradə, mübarizəgərginləşdikcə isə komanda ruhu ön plana çıxacaq. Tamaşaçıların enerjisi yarışın yüksək tempi ilə birləşəcək, meydanda güclə yanaşı çeviklik, dözüm və sona qədər mübarizəaparmaq əzmi də sınağa çəkiləcək. Red Bull Gym Clash məhzbu qarşıdurmanın yaratdığı həyəcanla həm iştirakçılara, həm dətamaşaçılara yadda qalan yarış günü yaşadacaq. Burada heç kimtək qalib gəlmir.
Red Bull Gym Clash fərdi yarış deyil. Burada hər bir nəticəninarxasında bütün komandanın birgə səyi dayanır.

Hər komanda dörd iştirakçıdan, iki qadın və iki kişidən ibarətdir. Lakin dörd güclü idmançının eyni komandada yer almasıqələbəyə zəmanət vermir. İştirakçılar bir birinin tempini hiss etməli, yükü düzgün bölüşdürməli, lazım olan anda məsuliyyətiüzərinə götürməli və yorğunluq artdıqca belə birlikdə irəliləməyibacarmalıdırlar.

Yarışın gedişində hər bir hərəkət əhəmiyyət daşıyır. Bir iştirakçının verdiyi qərar, göstərdiyi əlavə səy və ya qazandığıbir neçə saniyə bütün komandanın yekun nəticəsini dəyişə bilər.

Sürət, güc və dözümlülük yarışın ayrılmaz hissəsi olsa da, qələbəyə gedən yolda həlledici olan komandanın birliyi vəqarşılıqlı dəstəyidir.

BAKIDAN DÜNYA SƏHNƏSINƏ UZANAN YOL.

2025-ci ildə Red Bull Gym Clash-in Azərbaycan üzrə milli mərhələsinin qalibi “Vikings Hammer” komandası oldu. Bu qələbə komandaya Afinada keçirilən ilk Red Bull Gym Clash Dünya Finalında Azərbaycanı təmsil etmək və müxtəlifölkələrin güclü komandaları ilə mübarizə aparmaq imkanıqazandırdı.
Bu il yarış meydanına yeni komandalar çıxacaq. Hazırlıq dahayüksək, rəqabət isə daha gərgin olacaq. Qarşıda Azərbaycanıbeynəlxalq arenada təmsil etmək üçün yeni bir fürsət var.
Tədbirin təşkilinə göstərdiyi dəstəyə görə “PASHA Malls” rəhbərliyinə, yarışın daha geniş auditoriyaya çatdırılmasınaverdiyi media dəstəyinə görə isə “CBC Sport” komandasınaxüsusi təşəkkürümüzü bildiririk.

Red Bull Gym Clash Azerbaijan 2026 yarışında iştirak etməkistəyən komandalar üçün qeydiyyat artıq başlayıb.
Qeydiyyat link: https://www.redbull.com/az-az/events/red-bull-gym-clash-2026-07-03/

Tarix: 13 sentyabr 2026-cı il
Məkan: Dəniz Mall Ticarət Mərkəzinin qarşısındakı meydan

Bunları da oxuyun

Şərh əlavə et