Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Marten Williams-ın test pilotudur

Belçika Qran Prisi həftəsonunda Williams komandasının ehtiyat pilot vəzifəsini Viktor Marten yerinə yetirəcək.

O, bu mövsüm Yaponiya Super Formula çempionatında çıxış edən Lük Brauninqi daha əvvəl Kanada mərhələsində də əvəz etmişdi. Britaniyalı pilot may ayında Suzukada keçirilən yarışlarda iştirak edib, iyulun 18-19-da isə Fuji Speedway trasında keçiriləcək üç yarışa qatılacaq.

Viktor Marten Formula 3 və Formula 2 seriyalarındakı çıxışları ilə tanınır. O, 2022-ci ildə Formula 3 çempionu olub, 2025-ci ildə isə Williams Sürücü Akademiyasına qoşulub. Bu mövsüm Marten komandanın rəsmi test pilotu təyin edilib və FW48 bolidinin təkmilləşdirilməsi üzərində aparılan işlərdə fəal iştirak edir.

Qrouvdakı bazada Viktor mütəmadi olaraq Aleks AlbonKarlos Sains ilə birlikdə çalışır. Yarış həftəsonlarında isə əsasən simulyatorda işləyərək komanda ilə birlikdə şassinin incə sazlamalarının hazırlanmasına kömək edir.

Bundan əlavə, Viktor Marten Alpine Endurance Team-in heyətində WEC Dünya Dözümlülük Çempionatında da çıxış edir.

Rauf Hacıyev

Şərh əlavə et