Krouford Alonsonu əvəz edəcək

Rauf Hacıyev 14 İyul 2026, 07:10
Krouford Alonsonu əvəz edəcək
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Aston Martin Belçika Qran Prisinin ilk sərbəst yürüşündə Fernando Alonsonun yerinə Cek Kroufordun çıxış edəcəyini açıqlayıb.

Aston Martin bu həftəsonu keçiriləcək Belçika Qran Prisinin ilk sərbəst yürüş sessiyasında Fernando Alonsonun yerini komandanın rəsmi ehtiyat və üçüncü pilotu Cek Krouforda verəcəyini təsdiqləyib.

Beləliklə, Krouford Yaponiya və Avstriyadan sonra 2026-cı il mövsümündə AMR26 bolidi ilə üçüncü dəfə rəsmi sərbəst yürüş sessiyasında iştirak edəcək.

Formula 1 reqlamentinə əsasən, hər komanda mövsüm ərzində ən azı dörd sərbəst yürüş sessiyasında gənc pilota şans verməlidir. Bu səbəbdən Aston Martin-in mövsümün sonrakı mərhələlərində Kroufordu daha bir dəfə sükan arxasına keçirəcəyi gözlənilir.

Fernando Alonso üçün isə bu, 2026 mövsümündə yerini gənc pilota verəcəyi son sərbəst yürüş olacaq. İspaniyalı pilot mövsümün əvvəlində, Yaponiya Qran Prisində də bolidini Cek Krouforda həvalə etmişdi.

Bu qərar həm də komanda yoldaşı Lens Strollun mövsümün qalan hissəsində daha bir sərbəst yürüş sessiyasını buraxacağı anlamına gəlir. Kanadalı pilot Avstriya Qran Prisində də yerini gənc pilota vermişdi və reqlament tələbinə uyğun olaraq daha bir dəfə eyni addımı atmalı olacaq.

Bunları da oxuyun

Şərh əlavə et