San Paulu-2023: Ferstappen sprint yarışında qalib olub

San Paulu-2023: Ferstappen sprint yarışında qalib olub
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mövsümün sonuncu sprint yarışına Norris ən öndən başlayıb. Heç kim cəzalanmadığı üçün start düzülüşündə yer dəyişikliyi olmayıb.

Kokpit.az xəbər verir ki, Norris və Ferstappen ilk, Peres və Rassell ikinci, Həmilton və Tsunoda isə üçüncü cərgədən yarışa başlayıblar. Maqnussen, Hülkenberq və Sarcent orta, qalanları yumşaq təkərləri seçib. Yalnız AlphaTauri və Alfa Romeo sürücülərinin maşınlarına təzə tərkiblər taxılıb.

Norris startda Ferstappenə, bir qədər sonra da Rassellə keçilib. Həmilton Peresi geridə qoyub. Lakin 3 dövrə sonra Peres yerini bərpa edib, Norris də Rasselldən intiqamını alıb.

Serxio 9-cu dövrədə Rasselli də geridə qoyub. Rikkardo Saynsı qabaqlasa da, ispan sürücü yerini geri alıb, əvəzində Daniel Piastridən geri qalıb. Sonrakı dövrələrdə təkərlər köhnəldiyi üçün artıq heç kim hücumlar etmək barədə düşünməyib və yarış sakit keçib. Lekler və Tsunoda Həmiltonu qabaqlayıb. Rikkardoya isə Saynsı keçmək üçün məsafə bəs etməyib.

Mövsümün son sprint yarışının qalibi Maks Ferstappen olub. Lando Norris ikinci, Serxio Peres isə üçüncü yeri tutublar.

Sabah bizi daha uzun və daha fərqli ssenarili əsas yarış gözləyir…

Bunları da oxuyun

Şərh əlavə et