Xəbəri Kokpitdə Oxuyun!

San Paulu-2023: Sprint poulunu Norris qazanıb

Mövsümün və bəlkə də tarixin (ən azından, bu formatda) son sprint yarışının sıralanma turunda Norris əlçatmaz olub.

Kokpit.az bildirir ki, hamı Medium təkərlərlə trasa çıxıb. Lakin sessiya Okonun yüksək sürətlə Alonsonun maşına çırpılması nəticəsində çıxan qırmızı bayraqlarla başa çatıb. Sayns ən sürətli olub. Sarcent, Elbon, Çjou, Stroll və Okon mübarizəni dayandırıb.

Okonun maşınının təxliyə olunması üçün ikinci sessiyanın başlaması ləngiyib. Mexaniklər Alonsonun maşınını düzəltməyə çalışıblar, lakin buna sessiya bitənə qədər nail olmayıblar. İlk 10 yer uğrunda mübarizəyə Alonso ilə yanaşı Bottas, Qasli, Hülkenberq və Maqnussen qoşula bilməyiblər.

Son sessiyada ardıcıl sürətli dövrələr gəlsə də, Lando Norris yekun nəticəni müəyyən edib və axşamki yarışa ən öndən başlamağa haqq qazanıb – 1.10.622.

İlk cərgədən onunla Ferstappen, ikincidən isə Peres və Rassell start alacaqlar.

Rauf Hacıyev

Şərh əlavə et