Rəsmən: D. Rikkardo AlphaTauri ilə qayıdır

Rəsmən: D. Rikkardo AlphaTauri ilə qayıdır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Daniel Rikkardo 2023-cü ilin Macarıstan yarışından etibarən AlphaTauri komandasında Nik de Frizi əvəz edəcək.

Kokpit.az xatırladır ki, Nik de Friz bu il AlphaTauri komandasında Pyer Qaslini əvəz etsə də, ilk 10 yarışda ümidləri doğrultmamışdı. Niderlandlı sürücü bu yarışların əksəriyyətində həm Yuki Tsunodadan geri qalmış, həm də xal toplaya bilməmişdi.

Buna görə də artıq Red Bull şirkətinin səbir kəsası dolub. Nik de Friz göndərilib və onu Red Bull komandasının test və ehtiyat sürücüsü Daniel Rikkardo əvəz edib.

Əslində Rikkardonun yenidən sükan arxasına keçəcəyi ilə bağlı dedi-qodular var idi. Avstraliyalı sürücünün son yarışlarda zəif təsir bağışlayan Serxio Peresi əvəzləməsi söz-söhbətləri var idi.

Lakin Kristian Horner və Helmut Marko Peresin qalacağını deyəndən sonra Danielin adı AlphaTauri ilə hallanmağa başladı.

Nəhayət ki, bu gün AlphaTauri-dən rəsmi açıqlama gəldi: Rikkardo növbəti Macarıstan yarışından etibarən AlphaTauri-də yarışacaq.

AlphaTauri komandasının rəhbəri Frants Tost: “Danieli komandaya qaytardığımız üçün sevincliyəm. Onun istedadına və bacarığına şübhə etmirəm. Onsuz da çoxumuzu tanıyır və buna görə komandaya tez öyrəşəcək. O, səkkiz yarış qazanıb və komanda onun təcrübəsindən istifadə edəcək.

Nikə isə komandaya verdiyi qatqılara görə təşəkkür edirəm. Ona gələcəkdə uğurlar arzun edirəm”.

Daniel Rikkardo isə Red Bull ailəsi ilə peletona qayıtdığı üçün xoşbəxt olduğunu deyib.

Bunları da oxuyun

Şərh əlavə et