Ford ilk podiumuna görə sevinclidir

Rauf Hacıyev 30 May 2026, 08:45
Ford ilk podiumuna görə sevinclidir
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Maks Ferstappen Kanadada  mövsümdə ilk dəfə podiuma yüksəlib və bununla da Formula 1-ə qayıdışından sonra Ford mühərrikçilərinə ilk podium sevincini yaşadıb. Ford Performance Motorsport-un rəhbəri Mark Raşbruk Red Bull ilə əməkdaşlığın gedişatından məmnun olduğunu bildirib.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Kanada yarışında üçüncü olub. Beləliklə, Red Bull və Ford-un birgə hazırladığı Red Bull Ford Powertrains mühərriyi ilk fəxri kürsüsünü qeyd edib.

Mark Raşbruk: “Maksın podiumu Red Bull Ford Powertrains üçün ilk podium oldu və bu, əməkdaşlığımız baxımından həqiqətən əlamətdar məqamdır. 2026-cı il mövsümünə hazırlıq çərçivəsində hər kəsin gördüyü böyük işi izləmək çox xoşdur. Bu nəticə həm Red Bull Racing, həm də Ford Racing-in səylərinin layiqli qarşılığıdır.

Hazırda olduğumuz mövqedən razıyıq. Red Bull Racing və Red Bull Powertrains əla tərəfdaşlardır. Üç il yarım əvvəl müqavilə imzalayarkən də bunu başa düşürdük.

Milton-Kinsdə tamamilə yeni güc qurğusunun hazırlanması üzərində birgə iş inanılmaz alınıb. Bu mühərrikin həm Red Bull Racing, həm də Racing Bulls bolidlərində istifadə olunması ilə qürur duyuram. Bu, Ford Motor Company, Ford Racing və bütün əməkdaşlarımız üçün həqiqətən fəxr mənbəyidir.

Mühərrik bölməsinə rəhbərlik edən Ben Hockinson, eləcə də yarış komandasındakı işi ilə Loran Mekis ilə əməkdaşlığımızdan çox razıyıq. Bu layihədə baş verən hər şey bizi qane edir.

Əlbəttə, məqsəd qələbələr və titullar uğrunda mübarizə aparmaqdır. Daha yüksək mövqelərdə olmaq istərdik, lakin Milton-Kins komandasının potensialını nəzərə alsaq, hazırda lider qrupunda yer almağımız bizi qane edir.

Komanda 2025-ci ildə titul uğrunda mübarizəyə qayıdaraq nəyə qadir olduğunu göstərmişdi. Həm bazada, həm də onun xaricində hamı daha da inkişaf etmək üçün yorulmadan çalışır. Tərəfdaşlarımızdan da məhz bunu gözləyirdik – tam fədakarlıq və zirvəyə çatmaq üçün mümkün olan hər şeyi etmək istəyi.

Şübhəsiz ki, problemlərimiz olub və bu, hamıya məlumdur. Lakin biz onları həll etməyə və effektivliyi artırmağa davam etmək əzmindəyik”.

Bunları da oxuyun

Şərh əlavə et