Əvvəlki illərdə Entoni Nojes döngəsi ilə Sent-Devot arasında yerləşən qısa start-finiş düzlüyü DRS zonası kimi istifadə olunurdu. Lakin yeni sistemdə bu hissə “Düzlük Rejimi” zonasına daxil edilməyəcək.
Buna baxmayaraq, sürücülər “Ötmə Rejimi” sistemindən istifadə etməyə davam edə biləcəklər. Qarşısındakı rəqibə bir saniyədən az məsafədə yaxınlaşan bolidlər üçün aktivləşən sistemin ölçüm nöqtəsi Monakoda Hovuz kompleksi ilə Raskass döngəsi arasında yerləşəcək, aktivləşmə isə 18 və 19-cu döngələrdən əvvəl baş tutacaq.
Bu qərar 2026-cı il mövsümündə ilk dəfə tətbiq olunacağı üçün də diqqət çəkir. Məsələn, Kanada Qran Prisində üç fərqli “Düzlük Rejimi” zonası istifadə edilmişdi. FIA isə hər trasda zonaların sayı və istifadəsinin təhlükəsizlik tələbləri və trasın xüsusiyyətlərinə uyğun müəyyənləşdiriləcəyini bildirib.
Monakonun maili və qısa əsas düzlüyü səbəbindən aerodinamik yüklənməni azaldan “Düzlük Rejimi”nin burada tamamilə ləğv olunmasına qərar verilib.
Bundan əlavə, pilotlar hesab edirlər ki, Monakonun onsuz da məhdud ötmə imkanları bu qərardan sonra daha da azalacaq.
Qabriel Bortoleto Kanadada verdiyi açıqlamada bildirib: “Monakoda ötmə etmək çətin olacaq, çünki orada enerji idarəetməsi də fərqlidir. Əgər Düzlük Rejimi olmasa, qanadların təsiri də fərqli olacaq.
Keçən illə müqayisədə yarış bir qədər daha maraqlı ola bilər. Amma bu qədər böyük bolidlərlə Monakoda ötmə etmək onsuz da çətindir. Böyük dəyişiklik gözləmirəm, lakin ümid edirəm ki, yanılaram”.




Şərh əlavə et