Sim Racing avadanlığını düzgün seçək.
Logitech

Logitech G29 və G923 modelləri hələ də ölkəmizdə populyar başlanğıc oyun sükanıdır. Sadə ,Ucuz və çox funksional olması, bu sükanın ən güclü tərəfidir. Və satanda rahat satırsan.
Moza

Moza R5 modeli Logitech ilə müqayisədə daha innovativ force feedback və çoxsaylı tənzimləməyə sahibdir. Kamaz sükanın belə təchiz edə bilərsiniz. Qiymətdə artıq 2 qat fərq olmasına baхmayaraq siz daha yeni texnologiyalara sahib olacaqsınız.
Fanatec

Fanatec brendi isə el arasında dözümlü “4 göz Mercedes” kimi tanınır və bunu bazarda 28 illik təcrübə sübut edir.
GT DD Pro modeli dünyada yeganə oyun sükanıdır ki 3 platformanın bir zamanda özündə cəmləşdirir – PC, Playstation və həmçinin Xbox konsollarını. Həmçinin böyük eco sistemə malikdir.
Qiymət cüzi olaraq Mozadan baha olsa da , əvəzində Premium keyfiyyətli avadanlıqa sahib olacaqsınız. Yeri gəlmişkən Özüm də Fanatec istifadə edirəm…





Şərh əlavə et