Xəbəri Kokpitdə Oxuyun!

Bukmeykerlər Antonelliyə daha çox güvənirlər

Bukmeyker kontorları qarşıdan gələn Kanada Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc ediblər.

Onlar qarşıdakı mərhələnin əsas favoriti kimi Kimi Antonellini göstərirlər və italiyalı pilotun şanslarını komanda yoldaşı Corc Rasselldən daha yüksək qiymətləndirirlər. Bukmeykerlərin fikrincə, Mercedes-in qələbəsinə mane ola biləcək yeganə pilot Lando Norrisdir. Digər pilotların Monrealda birinci yer uğrunda şansları xeyli aşağı qiymətləndirilir.

Kimi Antonelli – 2.75
Corc Rassell – 3.25
Lando Norris – 5.00
Maks Ferstappen – 8.00
Oskar Piastri – 11.00
Şarl Lekler – 15.00 
Lyuis Həmilton – 23.00

Kimi Antonelli şəxsi hesabda liderliyini möhkəmləndirib, buna görə də onun əsas titul favoriti sayılması təəccüblü deyil. Onun əsas rəqibləri yenə də Corc Rassell və Lando Norris hesab olunur.

Kimi Antonelli – 2.25
Corc Rassell – 3.50
Lando Norris – 4.00
Maks Ferstappen – 13.00
Oskar Piastri – 15.00
Şarl Lekler – 17.00 
Lyuis Həmilton – 67.00

Mercedes Konstruktorlar Kuboku uğrunda mübarizədə favorit sayılır, bukmeykerlər isə onların əsas rəqibi kimi artıq Ferrari-ni yox, McLaren komandasını görürlər.

Mercedes – 1.33
McLaren – 3.50
Ferrari – 11.00
Red Bull – 51.00
Aston Martin – 1501.00 
Audi, Alpine, Haas, Racing Bulls, Williams – 2001.00
Cadillac – 4001.00

Gilanur Huseynova

Şərh əlavə et