ADUO Kanadadan sonra tətbiq ediləcək

ADUO Kanadadan sonra tətbiq ediləcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

FIA 2026-cı il Formula 1 mövsümü üçün hazırlanan ADUO sisteminin gələn həftə keçiriləcək Kanada Qran Prisindən sonra qüvvəyə minəcəyini açıqlayıb.

FIA ötən ilin sonunda yeni 2026-cı il mühərrik qaydaları çərçivəsində geridə qalan mühərrik istehsalçılarının rəqiblərinə çatmasına kömək etmək məqsədilə ADUO (Əlavə İnkişaf və Yeniləmə Fürsətləri) sistemini elan etmişdi.

ADUO sisteminin mövsümün altıncı yarışından sonra istehsalçılar üçün aktivləşdirilməsi planlaşdırılırdı. Altıncı yarışın isə ayın əvvəlində keçirilən Miami Grand Prix olması nəzərdə tutulurdu. Lakin Bəhreyn və Səudiyə Ərəbistanı Qran Prilərinin ləğv edilməsindən sonra Mayami yarışı mövsümün dördüncü mərhələsinə çevrildi.

Buna görə də 2026-cı il mövsümünün altıncı mərhələsi artıq 7 iyunda keçiriləcək Monako Qran Prisi olacaq.

PlanetF1.com-un məlumatına görə FIA və istehsalçılar arasında yenilənmiş 2026-cı il təqviminə uyğun olaraq ADUO sisteminin nə zaman aktivləşdiriləcəyi ilə bağlı son həftələrdə müzakirələr aparılıb.

FIA indi yaydığı açıqlama ilə performans baxımından geridə qalan istehsalçıların gələn həftə keçiriləcək Kanada Qran-prisindən sonra ADUO sistemindən yararlana biləcəyini təsdiqləyib.

FIA açıqlamasında bunlar qeyd olunub: “2026-cı il Formula 1 Texniki Reqlamentinin Əlavə C5 bölməsinin 4.2 maddəsi 2026-cı il mövsümünü üç fərqli dövrə ayırıb. Bu dövrlərdə daxiliyanma mühərriyinin performansı analiz edilərək istehsalçının ADUO kriteriyalarına uyğun olub-olmadığı qiymətləndiriləcək. Bu üç dövr müvafiq olaraq 1-6, 7-12 və 13-18-ci yarışları əhatə edir.

Lakin Avstraliya, Çin, Yaponiya, Bəhreyn, Səudiyyə Ərəbistanı və Mayami Qran-prilərini əhatə edən ilk dövr Yaxın Şərqdə davam edən hadisələr səbəbindən pozulub. Buna görə də ilk dövr yenidən təşkil olunaraq mövsümün ilk beş yarışını əhatə edəcək şəkildə dəyişdirilib.

Nəticələr Kanada Qran-prisindən ən gec iki həftə sonra açıqlanacaq. İkinci dövr 6-11-ci yarışları — Monakodan Macarıstana qədər olan hissəni, üçüncü dövr isə 12-ci yarış olan Niderland Qran-prisindən 18-ci yarış Mexico  Qran-prisinə qədər olan prosesi əhatə edəcək.

Nəticələr açıqlandıqdan sonra ADUO hüququ qazanan güc qurğusu istehsalçılarına sahib olacaqları əlavə inkişaf hüquqlarını detallandıran ayrıca bildiriş göndəriləcək. Bu istehsalçılar yeniliklərini növbəti yarışdan etibarən istifadə etməyə başlaya biləcəklər”.

Bunları da oxuyun

Şərh əlavə et